F-1.az xəbər verir ki, Rəykkönenin maşını üzərində mexaniklər fasilədə işləyiblər və finlandiyalı sessiyaya başlayan ilk sürücü olub. Hidravlika problemi ilə qarşılaşan Qrojan 40 dəqiqə itirib, ötürmələr qutusunda problem olan Rassell isə sessiyanı vaxtından əvvəl başa vurub.
Bottas yanma şamında problem yaşayıb və mexaniklər onu yenisi ilə əvəzləyiblər. Lakin Mercedes sürücüsü Medium təkərlərlə uzun dövrələr vurmaq proqramını tamamlaya bilməyib. Elbon, Kubitsa, Norris, Bottas, Həmilton və Lekler trasdan çıxsalar da, geri qayıda bilbilər.
Sona 15 dəqiqə qalmış Rikkardo motordakı problemə görə tras üzərində dayanmalı olub. Maşının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub və bir neçə dəqiqə sonra sessiya davam edib. Protokollara Bottas başçılıq edib – 1:26.732.
Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:26.732 | – | 25 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:26.801 | + 0:00.069 | 34 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:26.929 | + 0:00.197 | 30 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:27.180 | + 0:00.448 | 30 |
5 | 10 | Pyer Qasli | Red Bull | 1:27.249 | + 0:00.517 | 31 |
6 | 4 | Lando Norris | McLaren | 1:27.546 | + 0:00.814 | 38 |
7 | 33 | Maks Ferstappen | Red Bull | 1:27.562 | + 0:00.830 | 32 |
8 | 55 | Karlos Sayns | McLaren | 1:27.987 | + 0:01.255 | 39 |
9 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:27.997 | + 0:01.265 | 38 |
10 | 11 | Serxio Peres | Racing Point | 1:28.002 | + 0:01.270 | 32 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:28.008 | + 0:01.276 | 36 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:28.059 | + 0:01.327 | 30 |
13 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:28.126 | + 0:01.394 | 33 |
14 | 3 | Daniel Rikkardo | Renault | 1:28.128 | + 0:01.396 | 17 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:28.217 | + 0:01.485 | 34 |
16 | 18 | Ləns Stroll | Racing Point | 1:28.240 | + 0:01.508 | 37 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:28.294 | + 0:01.562 | 28 |
18 | 8 | Roman Qrojan | Haas | 1:28.794 | + 0:02.062 | 26 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:29.935 | + 0:03.203 | 37 |
20 | 63 | Corc Rassell | Williams | 1:30.514 | + 0:03.782 | 11 |