F-1.az bildirir ki, sürücülər sessiyanın əvvəllərində aerodinamikanı yoxlamaq məqsədi ilə çox da sürətli olmayan dövrələr vurmaqla məşğul olublar. Tribunalar elə ilk dəqiqələrdən demək olar ki, tam dolub. Asfalt çox sürüşkən olduğundan, Qrojan pit yolunun çıxışında qəza edib və ön qanadını qırıb. Fransız sürücü boksa qayıtmaq üçün bu vəziyyətdə bir dövrə vurmalı olub. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və qırıntılar təmizlənənə qədər davam edib.
Rassell 18-ci döngədə yoldan çıxıb, Norris isə 18-ci döngədə yerində fırlanıb. 39-cu dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb – Rəykkönenin maşınında mühərrik sıradan çıxıb. Marşallar onun maşınını təhlükəsizlik cibinə aparıblar. Qrojan 6-cı döngədə də yerində fırlanıb.
Sessiyanın sonuna yarım saat qalmış yağış başlayıb və sürücülər bokslara qayıdıblar. Lakin tezliklə günəş yenidən görünüb, asfalt sürətlə quruyub və sürücülər proqramlarını davam etdiriblər.
Protokollara Qasli başçılıq edib – 1:27.173. Məşqlər günün ikinci yarısı davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 10 | Pyer Qasli | Red Bull | 1:27.173 | – | 24 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:27.629 | + 0:00.456 | 28 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:28.009 | + 0:00.836 | 21 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:28.122 | + 0:00.949 | 25 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:28.253 | + 0:01.080 | 21 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 1:28.304 | + 0:01.131 | 21 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:28.803 | + 0:01.630 | 20 |
8 | 33 | Daniel Rikkardo | Renault | 1:29.031 | + 0:01.858 | 23 |
9 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:29.093 | + 0:01.920 | 26 |
10 | 55 | Karlos Sayns | McLaren | 1:29.162 | + 0:01.989 | 31 |
11 | 4 | Lando Norris | McLaren | 1:29.170 | + 0:01.997 | 22 |
12 | 11 | Serxio Peres | Racing Point | 1:29.453 | + 0:02.280 | 26 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:29.500 | + 0:02.327 | 26 |
14 | 18 | Ləns Stroll | Racing Point | 1:29.657 | + 0:02.484 | 25 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:30.099 | + 0:02.926 | 24 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:30.605 | + 0:03.432 | 24 |
17 | 63 | Corc Rassell | Williams | 1:30.741 | + 0:03.568 | 24 |
18 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:30.747 | + 0:03.574 | 12 |
19 | 8 | Roman Qrojan | Haas | 1:30.811 | + 0:03.638 | 22 |
20 | 88 | Robert Kubitsa | Williams | 1:32.121 | + 0:04.948 | 26 |