F-1.az bildirir ki, artıq sərbəst yürüşlərdən Ferrari və Mercedes arasında kəskin mübarizə gedəcəyi aydın olub. İlk məşqlərdə Həmilton, ikinci məşqlərdə isə Fettel hamıdan sürətli olub. Şənbə günü baş tutan son məşqlərdə də Həmilton protkollara başçılıq edib.
Sıralanma turunda da mübarizə gərgin olub. Lyuis Həmilton doğma trasında poulu Ferrari sürücülərini cüzi fərqlə üstələyərək əldə edib. Yarışa ilk cərgədən Həmilton və Fettel, ikinci cərgədən Rəykkönen və Bottas, üçüncü cərgədən isə Red Bull sürücüləri başlayıblar.
Pirelli bura mövsümdə ilk dəfə Hard, Medium və Soft üçlüyünü gətirib. Hard tərkiblə çox böyük məsafə qət etmək mümkün olsa da, sürət fərqi də az olmayıb. Buna görə də komandalar elə məşqlərdən digər iki tərkibə üstünlük veriblər.
Həmiltonun startı uğursuz alınıb, Fettel və Bottas onu qabaqlayıblar. Rəykkönen və Həmilton toqquşublar və britaniyalı sürücü yerində fırlanaraq peletonun gerisinə düşüb. 2-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rəykkönen – Rikkardo – Hülkenberq – Lekler – Okon – Sayns – Maqnussen.
Hartli ikinci dövrədə boksa qayıdıb və mübarizəni dayandırıb. Lyuis artıq 10-cu dövrədə altıncı yerə qədər yüksəlib. Lider Fettel isə Bottasdan 6 saniyə uzaqlaşıb. Rəykkönenə startdakı insidentə görə 10 saniyəlik cəza verilib. Finlandiyalı sürücü 14-cü dövrədə boksa gələrək cəzasını çəkib. Alonso və Peres də eyni dövrədə təkərlərini dəyişiblər. Rəykkönen trasa 11-ci yerdə qayıdıb. Dərhal Maqnussen və Saynsı, daha sonra isə Lekler və Hülkenberqi keçib.
18-ci dövrədə Ferstappen və Sayns pit-stop ediblər. Sayns Hard təkərlərə keçən ilk sürücü olub. Növbəti dövrədə Rikkardo və Lekler pit-stopa çağrılıblar. Trasa qayıdan Lekler maşını təhlükəsizlik zonasında saxlamalı olub – mexaniklər onun sol ön təkərini yaxşı bağlamayıblar. Hülkenberq də komanda yoldaşı kimi Hard təkərlərə keçib. Həmilton təkərlərini 24-cü dövrədə dəyişib və trasa 6-cı yerdə qayıdıb. 20-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rikkardo – Rəykkönen – Həmilton – Hülkenberq – Okon – Alonso – Maqnussen.
31-ci dövrədə Rikkardo ikinci dəfə təkərlərini dəyişib və Soft təkərlərə keçib. O, trasa Həmiltondan 10 saniyə arxada 6-cı yerdə qayıdıb. 33-cü dövrədə Eriksson açıq DRS ilə yüksək sürətlə birinci döngədə yoldan çıxıb və baryerlərə çırpılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Eriksson dərhal kokpiti tərk edib və tibbi mərkəzə yollanıb. Alonso, Sayns, Qasli, Peres, Fettel, Ferstappen və Rəykkönen pit-stopa yollanıblar. TM arxasında ilk onluq: Bottas – Fettel – Həmilton – Ferstappen – Rəykkönen – Rikkardo – Hülkenberq – Okon – Maqnussen – Alonso.
Restart 37-ci dövrədə verilib. Bottas liderliyi qoruyub, Rəykkönen Ferstappenə hücum edib, finlandiyalı sürücü irəli çıxmağı bacarsa da, Maks təslim olmayıb və mövqeyini geri qaytarıb. 38-ci dövrədə Qrojanla Sayns qəza edib və TM yenidən trasa qayıdıb. 41-ci dövrədə mübarizə yenidən başlayıb, Fettel dəfələrlə Bottasa hücumlar etsə də, finlandiyalı sürücü yerini qoruya bilib. Kiminin hücumları isə, nəhayət, 43-cü dövrədə bəhrəsini verib və finlandiyalı sürücü Ferstappeni üstələyib.
İlk dördlük yüksək templə yarışa davam edib, 46-cı dövrədə Ferstappen əyləc problemlərinə görə idarəetməni itirb və yerində fırlanıb. Gənc sürücü mübarizəni dayandırıb. Bottas əvvəlcə Fettel, daha sonra isə Həmilton tərəfindən keçilib. Sona iki dövrə qalmış Rəykkönen həmyerlisini podiumun son yeri uğrunda mübarizədə üstələyə bilib.
Sebastyan Fettel mövsümdə 4-cü, karyerasında 51-ci qələbəsini əldə edib. Alman sürücü çempionatdakı üstünlüyünü 8 xala çatdırıb. Həmilton damalı bayrağı görən ikinci, Rəykkönen isə üçüncü sürücü olub.
Mübarizə iki həftə sonra Almaniyada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:27:29.784 | 2 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:02.264 | 1 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:03.652 | 2 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:08.883 | 1 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:09.500 | 2 |
6 | 27 | Niko Hülkenberq | Renault | + 0:28.220 | 1 |
7 | 31 | Esteban Okon | Force İndia | + 0:29.930 | 1 |
8 | 14 | Fernando Alonso | McLaren | + 0:31.115 | 2 |
9 | 20 | Kevin Maqnussen | Haas | + 0:33.188 | 1 |
10 | 11 | Serxio Peres | Force İndia | + 0:34.708 | 2 |
11 | 2 | Stoffel Vandorn | McLaren | + 0:35.774 | 2 |
12 | 18 | Ləns Stroll | Williams | + 0:38.106 | 1 |
13 | 10 | Pyer Qasli* | Toro Rosso | + 0:39.129 | 2 |
14 | 35 | Sergey Sirotkin | Williams | + 0:48.113 | 1 |
15 | 33 | Maks Ferstappen | Red Bull | + 6 dövrə | 2 |
* – Pereslə insidentə görə nəticəsinə 5 saniyə əlavə olunub.
Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:30.696 (47-ci dövrə, 233.831 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Karlos Sayns | Renault | 38 | qəza |
Roman Qrojan | Haas | 38 | qəza |
Markus Eriksson | Sauber | 33 | qəza |
Şarl Lekler | Sauber | 19 | təkərin bağlanmaması |
Brendon Hartli | Toro Rosso | 2 | güc qurğusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 171 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 163 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 116 | |
4 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 106 | |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 104 | |
6 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 93 | |
7 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 42 | |
8 | 14 | Fernando Alonso | McLaren F1 Team | 40 | |
9 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 39 | |
10 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 28 | |
11 | 31 | Esteban Okon | Sahara Force India F1 Team | 25 | |
12 | 11 | Serxio Peres | Sahara Force India F1 Team | 24 | |
13 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 18 | |
14 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 13 | |
15 | 8 | Roman Qrojan | Haas F1 Team | 12 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 18 | Ləns Stroll | Williams Martini Racing | 4 | |
18 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 3 | |
19 | 27 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Scuderia Ferrari | Ferrari | 247 |
2 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 267 |
3 | Aston Martin Red Bull Racing | Renault | 199 |
4 | Renault Sport Formula 1 Team | Renault | 70 |
5 | Haas F1 Team | Ferrari | 51 |
6 | Sahara Force İndia F1 Team | Mercedes | 49 |
7 | McLaren F1 Team | Renault | 48 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 19 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 16 |
10 | Williams Martini Racing | Mercedes | 4 |