Britaniya-2018: Üçüncü sərbəst yürüşlər

Bu gün səhər hava əsas sessiyalara proqnozlaşdırılandan sərin olub. Sürücülər müxtəlif miqdarlarda yanacaqla trasa çıxaraq ardıcıl dövrələr vurublar. Komandalar diqqəti yarışa hazırlığa yönəldiblər - Silverstounda sıralanma turu çox da böyük əhəmiyyət daşımır.

F-1.az bildirir ki, 15-ci dəqiqədə Hartlinin maşınının ön asılqanı Wellington düzlüyünün sonunda gözlənilmədən sıradan çıxıb və sürücü qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Komanda sıralanma turuna qədər hadisənin təsadüf yoxsa konstruktiv problem nəticəsində olduğunu araşdırmalıdır.

Maşının təxliyəsi yalnız 12 dəqiqə sonra başa çatıb və sessiya davam etdirilib. Hartli məcburi müayinə üçün tibb mərkəzinə göndərilib. Həkimlərə müraciət edən digər sürücü isə Fettel olub – alman sürücü boynundakı ağrılardan şikayət edib və məşqləri vaxtından əvvəl dayandırıb.

Sessiyada başqa bir şey baş verməyib və ən yaxşı dövrəni Lyuis Həmilton vurub – 1:26.722. Bizi Ferrari və Mercedes arasında amansız poul mübarizəsi gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:26.722 14
2 7 Kimi Rəykkönen Ferrari 1:26.815 + 0:00.093 14
3 77 Valtteri Bottas Mercedes AMG 1:27.364 + 0:00.642 16
4 5 Sebastyan Fettel Ferrari 1:27.851 + 0:01.129 8
5 33 Maks Ferstappen Red Bull 1:28.012 + 0:01.290 21
6 3 Daniel Rikkardo Red Bull 1:28.018 + 0:01.296 15
7 16 Şarl Lekler Sauber 1:28.146 + 0:01.424 17
8 20 Kevin Maqnussen Haas 1:28.418 + 0:01.696 15
9 8 Roman Qrojan Haas 1:28.554 + 0:01.832 18
10 9 Markus Eriksson Sauber 1:28.814 + 0:02.092 17
11 31 Esteban Okon Force İndia 1:28.917 + 0:02.195 14
12 11 Serxio Peres Force İndia 1:29.066 + 0:02.344 14
13 14 Fernando Alonso McLaren 1:29.070 + 0:02.348 16
14 27 Niko Hülkenberq Renault 1:29.094 + 0:02.372 12
15 55 Karlos Sayns Renault 1:29.133 + 0:02.411 14
16 18 Ləns Stroll Williams 1:29.829 + 0:03.107 12
17 35 Sergey Sirotkin Williams 1:29.984 + 0:03.262 16
18 2 Stoffel Vandorn McLaren 1:30.004 + 0:03.282 16
19 10 Pyer Qasli Toro Rosso 1:30.050 + 0:03.328 4
20 28 Brendon Hartli Toro Rosso 3
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*