Britaniya-2018: Birinci sərbəst yürüşlər

Bu gün səhər komandalar həftəsonu üçün hazırlıqlara başlayıblar. Onlar trasın yeni asfalt örtüyünün xarakteristikasını və təkərlərin səmərəliliyini, xüsusilə də, mövsümdə ilk dəfə gətirilən Hard təkərləri yoxlayıblar. Asfalt örtüyü yeni olsa da, sürücülər əvvəlki illərdən qalan nahamarlıqdan şikayət ediblər.

F-1.az bildirir ki, komandalar ardıcıl baş tutan üçüncü yarışa da bir sıra yeniliklər gətiriblər. İlk sessiyanı da yeniliklərin əvvəlki hissələrlə müqayisədə necə işlədiyini yoxlayıblar.

22-ci dəqiqədə Sirotkin yerində fırlanaraq trasdan çıxıb və çınqıllığa düşüb. Lakin hərəkətini davam etdirə bilib və boksa qayıdıb, bir qədər fasilədən sonra yenidən məşqlərini davam etdirib. Yarım saatın davamında Qrojan birinci döngədə qəza edib. Fransız sürücü kokpiti özü tərk edib və maşın təxliyə olunub. Qrojan trasın nahamar hissəsində maşının çox titrədiyi üçün DRS-i deaktiv edən düyməni vaxtında basa bilmədiyini əsas gətirib.

Sona 20 dəqiqə qalmış Rəykkönen də çınqıllığa düşüb və boksa qayıdıb. Son dəqiqələrdə isə Ferstappen ötürmələr qutusunda problem olduğu üçün start düzlüyündə maşını saxlayıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və maşın təxliyə olunub.

Sürücülər ilk döngədə DRS-i yoxlayıblar və çox effektli olduğunu bildiriblər. Bu, maksimal sürəti az olan maşınlarla yarışan sürücülərə kömək edə bilər.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:27.487. Məşqlər günün ikinci yarısında davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:27.487 24
2 77 Valtteri Bottas Mercedes AMG 1:27.854 + 0:00.367 27
3 5 Sebastyan Fettel Ferrari 1:27.998 + 0:00.511 22
4 3 Daniel Rikkardo Red Bull 1:28.144 + 0:00.657 30
5 7 Kimi Rəykkönen Ferrari 1:28.218 + 0:00.731 24
6 33 Maks Ferstappen Red Bull 1:28.325 + 0:00.838 24
7 8 Roman Qrojan Haas 1:29.352 + 0:01.865 12
8 11 Serxio Peres Force İndia 1:29.812 + 0:02.325 23
9 31 Esteban Okon Force İndia 1:29.815 + 0:02.328 24
10 18 Ləns Stroll Williams 1:29.878 + 0:02.391 25
11 9 Markus Eriksson Sauber 1:29.942 + 0:02.455 25
12 10 Pyer Qasli Toro Rosso 1:30.004 + 0:02.517 31
13 16 Şarl Lekler Sauber 1:30.027 + 0:02.540 27
14 20 Kevin Maqnussen Haas 1:30.065 + 0:02.578 20
15 14 Fernando Alonso McLaren 1:30.322 + 0:02.835 19
16 55 Karlos Sayns Renault 1:30.358 + 0:02.871 22
17 2 Stoffel Vandorn McLaren 1:30.416 + 0:02.929 25
18 27 Niko Hülkenberq Renault 1:30.701 + 0:03.214 18
19 28 Brendon Hartli Toro Rosso 1:30.749 + 0:03.262 31
20 35 Sergey Sirotkin Williams 1:31.017 + 0:03.530 22
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*