F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, hazırda Silverstounda yağış yağır. Amma yarışın startına qədər yağış dayanmalıdır.
Sürücülər yerli vaxtla saat 13:00-da qızdırma dövrəsinə yollanacaqlar, həmin vaxt termometrlər +21 dərəcəni göstərəcəklər, zəif cənub-qərb küləyi əsəcək. Yarışın gedişində 40% ehtimalla yağış yağa bilər.
Xatırladaq ki, keçən il sürücülər Təhlükəsizlik Maşınının arxasında ağır yağış təkərləri ilə start alsalar da, yarışı quru asfalt təkərləri ilə başa vurmuşdular…