Britaniya-2017: Yarış

Britaniya Qran Prisi günlərində ən azı bir sessiyanın yağışda baş tutması ənənəsi bu il də davam edib - sürücülər şənbə günü məşq sessiyasının sonunda keçid təkərlərindən istifadə etməli olublar. Yeni maşınlar isə Silverstoun trasına əla uyğunlaşıblar. Bottas artıq ilk məşqlərdən trasın rekordunu yeniləyib, bu nəticə isə hər sessiyada daha da yaxşılaşıb.

F-1.az xatırladır ki, Həmiltonun poul əldə etdiyi sıralanma turunda Rəykkönen ikinci olmuşdu. Üç sürücü startda yer itirmişdi – Bottas və Rikkardo ötürmələr qutusunu dəyişdikləri üçün 5 yer, Alonso isə yeni güc qurğusuna keçdiyi üçün 30 yer itirməklə cəzalandırılmışdı.

Pirelli Britaniyaya orta üçlüyü gətirib. Sürücülər məşqlərdə Medium təkərlərdən demək olar ki, istifadə etməyərək, Soft və SuperSoft tərkiblərə üstünlük veriblər. Bottas, Massa, Stroll, Maqnussen, Verlyayn və Eriksson yarışa Soft, yerdə qalan sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

İsinmə dövrəsində əyləc problemi yaşayan Palmer 15-ci döngədə maşını kənara çəkərək saxlamalı olub. Buna görə sürücülər daha bir qızdırma dövrəsinə yollanıblar. Həmilton startda liderliyini qoruyub, Ferstappen Fetteli üstələyərək Rəykkönenə hücumlar edib, lakin finlandiyalı sürücü yerini qoruyub. Bottas elə startdaca iki yer qazanıb. Sayns komanda yoldaşı Kvyatla toqquşmadan sonra mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa çıxıb. Stüardlar Kvyata trasa təhlükəli qayıtdığı üçün pit yolundan keçmək cəzası veriblər. TM-in arxasında ilk onluq belə olub: Həmilton – Rəykkönen – Ferstappen – Fettel – Hülkenberq – Okon – Bottas – Peres – Vandorn – Massa.

Verlyayn əvvəlcə Medium, dərhal sonra isə yenidən Soft təkərlərə keçib. Beşinci dövrədə yarışa restart verilib. Həmilton yenə liderliyini qoruyub. Rikkardo idarəetməni itirərək çınqıllığa çıxıb və bir neçə yer itirib. Bottas Okon və Hülkenberqi qabaqlayaraq beşinci yerə yüksəlib.  11-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rəykkönen – Ferstappen – Fettel – Bottas – Hülkenberq – Okon – Peres – Vandorn – Massa.

Rikkardo əvvəlcə Alonsonu, daha sonra da Strollu üstələyib. Fettel Maksı üstələyib, lakin holland sürücü dərhal yerini bərpa edib. Bu mübarizədən istifadə edən Bottas onlara xeyli yaxınlaşıb. Komandası Fetteli 19-cu dövrədə pit-stopa çağırıb, Red Bull isə bu həmləyə növbəti dövrədə Ferstappenin təkərlərini dəyişməklə cavab verib. Lakin Maks pit-stopda bir qədər ləngiyib və trasa son iki sektorun rekroduna imza atan Fetteldən arxada qayıdıb. Rikkardo Massanı da ötərək 10-cu yerə yüksəlib.

23-cü dövrədə Stroll, 24-cü dövrədə Peres və Qrojan, 25-ci dövrədə isə Rəykkönen təkərlərini dəyişiblər. Finlandiyalı sürücü ilə eyni dövrədə pit-stop edən Həmilton trasa lider kimi qayıdıb. Sonrakı dövrələrdə Massa, Vandorn, Kvyat, Eriksson, Verlyayn, Bottas və Rikkardo da pit-stop edən sürücülər cərgəsinə qoşulublar. Alonsonun maşınının mühərriyi yanacaq nasosunun sıradan çıxması nəticəsində güc itirib və ispan sürücü bu dəfə də yarışı başa vura bilməyib. Rikkardo isə Peres, Okon və Maqnusseni də keçərək yeddinciliyə yüksəlib. SuperSoft-larla sürətli dövrələr vuran Bottas Fettellə fərqi azaltmağa başlayıb. Maqnussen də, nəhayət ki, təkərlərini dəyişib. 39-cu dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rəykkönen – Fettel – Bottas – Ferstappen – Hülkenberq – Rikkardo – Okon – Peres – Massa.

Bottas 42-ci dövrədə Fetteli keçməyə cəhd etsə də, buna nail olmayıb. Lakin növbəti dövrədə daha da yaxınlaşan Mercedes sürücüsü alman rəqibini üstələyib. Fettel ön təkərlərin çox aşınmasından şikayət edib. Sona iki dövrə qalmış ön təkərləri tam yeyilən Rəykkönen yerini Bottasa verməli olub və pitə yollanıb. Ferstappen də eyni səbəbə görə təkərlərini dəyişməli olub. Fettelin təkərləri də çox dözməyib – sol ön təkəri deşilən Sebastyan məcburi pit-stop etməli olub.

Lyuis Həmilton bu mövsüm üçüncü, karyerasında isə beşinci dəfə Böyük Dəbilqə əldə edərək qalib gəlib. Çempionatda Fettellə xal fərqini minimuma endirən Lyuis mövsümdə 4-cü, karyerasında isə 57-ci qələbəsini qazanıb. Ferrari üçün çox pis bitən yarışda Bottas ikinci yer tutaraq Mercedesin dublunu rəsmiləşdirib. Mübarizə iki həftədən sonra Macarıstanda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:21:27.430 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:14.063 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:36.570 2
4 33 Maks Ferstappen Red Bull + 0:52.125 2
5 3 Daniel Rikkardo Red Bull + 1:05.955 1
6 27 Niko Hülkenberq Renault + 1:08.109 1
7 5 Sebastyan Fettel Ferrari + 1:33.989 2
8 31 Esteban Okon Force İndia + 1 dövrə 1
9 11 Serxio Peres Force İndia + 1 dövrə 1
10 19 Felipe Massa Williams + 1 dövrə 1
11 2 Stoffel Vandorn McLaren + 1 dövrə 1
12 20 Kevin Maqnussen Haas + 1 dövrə 1
13 8 Roman Qrojan Haas + 1 dövrə 2
14 9 Markus Eriksson Sauber + 1 dövrə 1
15 26 Daniil Kvyat Toro Rosso + 1 dövrə 3
16 18 Ləns Stroll Williams + 1 dövrə 2
17 94 Paskal Verlyayn Sauber + 1 dövrə 3

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:30.621 (48-ci dövrə, 234.025 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso McLaren 32 yanacaq sistemi
Karlos Sayns Toro Rosso 1 qəza
Colion Palmer Renault 0 əyləc, start almayıb

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 177
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 176
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 154
4 3 Daniel Rikkardo Red Bull Racing 117
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 98
6 33 Maks Ferstappen Red Bull Racing 57
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 52
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 43
9 55 Karlos Sayns Scuderia Toro Rosso 29
10 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 26
11 19 Felipe Massa Williams Martini Racing 23
12 18 Ləns Stroll Williams Martini Racing 18
13 8 Roman Qrojan Haas F1 Team 18
14 20 Kevin Maqnussen Haas F1 Team 11
15 94 Paskal Verlyayn Sauber F1 Team 5
16 26 Daniil Kvyat Scuderia Toro Rosso 4
17 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 330
2 Scuderia Ferrari Ferrari 275
3 Red Bull Racing TAG Heuer 174
4 Sahara Force İndia F1 Team Mercedes 95
5 Williams Martini Racing Mercedes 41
6 Scuderia Toro Rosso Renault 33
7 Haas F1 Team Ferrari 29
8 Renault Sport Formula 1 Team Renault 26
9 Sauber F1 Team Ferrari 5
10 McLaren Honda Formula 1 Team Honda 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*