F-1.az bildirir ki, sessiyanın əvvəlində trasa bir neçə damcı düşüb, sonunda isə narın yağış yağıb. Lakin sürücülər demək olar ki, bütün sessiya boyunca sliklərlə işləyə biliblər.
Stroll və Qrojan idarəetməni itirərək asfaltdan çıxsalar da, yollarına davam edə biliblər. Sona 15 dəqiqə qalmış yağış başlayıb və sürücülər boksa yönəliblər. Beş dəqiqə sonra Vandorn keçid təkərləri ilə trasa qayıdıb. Digər sürücülər də eyni addımı atıblar. Rikkardo son döngənin çıxışında yerində fırlanıb. Eriksson isə çınqıllığa çıxıb, lakin maşın zədələnməyib.
Protokollara Bottası cüzi fərqlə üstələyən və trasın yeni rekordunu müəyyənləşdirən Həmilton başçılıq edib – 1:28.063. Sabah startda 3 sürücünün yer itirəcəyi artıq məlumdur. Bizi Bakı vaxtı ilə 16:00-da maraqlı poul mübarizəsi gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:28.063 | – | 18 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:28.095 | + 0:00.032 | 13 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:28.137 | + 0:00.074 | 19 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:28.732 | + 0:00.669 | 14 |
5 | 27 | Niko Hülkenberq | Renault | 1:29.480 | + 0:01.417 | 14 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:29.612 | + 0:01.549 | 15 |
7 | 8 | Roman Qrojan | Haas | 1:29.819 | + 0:01.756 | 13 |
8 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.904 | + 0:01.841 | 13 |
9 | 19 | Felipe Massa | Williams | 1:29.959 | + 0:01.896 | 19 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:30.088 | + 0:02.025 | 19 |
11 | 14 | Fernando Alonso | McLaren | 1:30.138 | + 0:02.075 | 16 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:30.172 | + 0:02.109 | 19 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:30.270 | + 0:02.207 | 14 |
14 | 30 | Colion Palmer | Renault | 1:30.302 | + 0:02.239 | 16 |
15 | 11 | Serxio Peres | Force İndia | 1:30.416 | + 0:02.353 | 16 |
16 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:30.504 | + 0:02.441 | 19 |
17 | 55 | Karlos Sayns | Toro Rosso | 1:30.515 | + 0:02.452 | 19 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:30.621 | + 0:02.558 | 23 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:30.630 | + 0:02.567 | 24 |
20 | 18 | Ləns Stroll | Williams | 1:31.358 | + 0:03.295 | 17 |