F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 2-ci, 6-cı, 9-cu, 15-ci və 16-cı döngələrin çöl tərəflərindəki işlənmiş təkərlərdən qurulmuş baryerlərin və TecPro baryerlərin uzunluğu artırılıb. 9-cu və 18-ci döngələrin çıxışlarına isə ikiqat porebriklər quraşdırılıb. Trasın 14-cü və 15-ci döngələrinin arasında olan hissənin sol tərəfinə isə torşəkilli hasar əlavə edilib.
Silverstounda DRS zonaları keçən il olduğu kimi, Wellington və Hangar düzlüklərində yerləşir. FİA-nın saytına istinadən bildiririk ki, üçüncü döngədən 25 metr əvvəl yerləşən ilk interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü beşinci döngədən 30 metr sonra başlayan DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. İkinci ölçmə nöqtəsi 10-cu döngədə yerləşir və 14-cü döngədən 55 metr sonra sistemi aktivləşdirmək mümkündür.