Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az xatırladır ki, dünən baş tutan Britaniya Qran Prisində cərimələnən yeganə sürücü Daniil Kvyat olmuşdu – Saynsın mübarizəni dayandırmasına səbəb olan qəzada günahkar hesab edilən Kvyat pit yolundan keçmək cəzasından əlavə, 2 cərimə balı almışdı. Hazırda onun aktivində 9 bal var və bu göstəriciyə görə “vahid lider”dir.
Növbəti yarış iki həftə sonra baş tutacaq. Bu müddət ərzində ancaq hazırda yarışmayan Esteban Qutyerresin keçən il Macarıstanda aldığı 2 cərimə balı silinəcək (aşağıdakı cədvəldə nəzərə alınıb). Macarıstandakı yarışdan bir gün sonra isə Sayns və Rosberq keçən il Almaniya Qran Prisində aldıqları ballardan xilas olacaqlar.
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə | 4-cü cərimə | 5-ci cərimə |
1 | 26 | Daniil Kvyat | 9 | 2 (ABŞ, 2016) | 1 (Meksika, 2016) | 2 (Kanada, 2017) | 2 (Avstriya, 2017) | 2 (Britaniya, 2017) |
2 | 55 | Karlos Sayns | 7 | 2 (Almaniya, 2016) | 1 (Meksika, 2016) | 2 (Bəhreyn, 2017) | 2 (Kanada, 2017) | |
3 | 5 | Sebastyan Fettel | 7 | 2 (Malayziya, 2016) | 2 (Meksikа, 2016) | 3 (Azərbaycan, 2017) | ||
4 | 2 | Stoffel Vandorn | 5 | 1 (Rusiya,2017) | 2 (İspaniya, 2017) | 2 (Avstriya, 2017) | ||
5 | 11 | Serxio Peres | 5 | 3 (Sinqapur, 2016) | 2 (Monako, 2017) | |||
6 | 30 | Colion Palmer | 5 | 2 (Əbu Dabi, 2016) | 3 (Çin, 2017) | |||
7 | 20 | Kevin Maqnussen | 5 | 2 (ABŞ, 2016) | 1 (Rusiya, 2017) | 2 (Kanada, 2017) | ||
8 | 31 | Esteban Okon | 4 | 2 (Sinqapur, 2016) | 2 (Braziliya, 2016) | |||
9 | 27 | Niko Hülkenberq | 4 | 4 (Çin, 2017) | ||||
10 | 6 | Niko Rosberq | 4 | 2 (Almaniya, 2016) | 2 (Malayziya, 2016) | |||
11 | 21 | Esteban Qutyerres | 3 | 3 (Belçika, 2016) | ||||
12 | 8 | Roman Qrojan | 3 | 3 (Çin, 2017) | ||||
13 | 12 | Felipe Nasr | 2 | 2 (İtaliya, 2016) | ||||
14 | 94 | Paskal Verlyayn | 2 | 2 (İspaniya, 2017) | ||||
15 | 22 | Censon Batton | 2 | 2 (Monako, 2017) | ||||
16 | 44 | Lyuis Həmilton | 2 | 2 (Bəhreyn, 2017) | ||||
17 | 19 | Felipe Massa | 2 | 2 (Braziliya, 2016) | ||||
18 | 33 | Maks Ferstappen | 1 | 1 (Meksika, 2016) |