F-1.az xatırladır ki, trasın rekordu artıq məşqlərin ilk sessiyasında yenilənmişdi. Hər üç sərbəst yürüş sessiyasında Mercedes AMG sürücüləri protokollara başçılıq emtişdilər. Sıralanma turu başlayana qədər üç sürücünün startda yer itirəcəyi artıq məlum idi. Bottas və Rikkardo ötürmələr qutusunun növbədənkənar dəyişdirilməsinə görə 5 yer, Alonso isə yeni güc qurğusuna keçdiyi üçün 30 yer itirməklə cəzalandırılmışdı. Dünənki məşqlər quru havada baş tutsa da, bu gün nahardan əvvəl keçirilən üçüncü məşq sessiyasının sonunda yağış yağmışdı.
Pirelli Britaniyaya orta üçlüyü gətirib. Sürücülər Medium təkərlərdən demək olar ki, üstünlük etməyiblər, Soft və SuperSoft tərkiblərə üstünlük veriblər.
Birinci sessiyada sürücülərin çoxu keçid təkərlərlə trasa çıxıblar. Sliklərlə nəticə göstərməyə çalışan sürücülər isə tras sulu olduğundan dərhal boksa qayıtmalı olublar. Sürücülər ardıcıl dövrələr vurmağa başlayıblar. Yağış bir qədər güclənib, sonra yenidən azalıb. Rikkardo turbin probleminə görə maşını asfaltdan kənara çəkərək saxlamalı olub. Sessiya qırmızı bayraqlarla dayandırılıb və restart 4 dəqiqə sonra verilib.
Trasın getdikcə quruması ilə nəticələr də sürətlə dəyişməyə başlayıb. Keçid təkərlərlə ən yaxşı nəticə Ferstappendən gəlib. Okon və Alonso SuperSoft-la trasa qayıdıblar. Fernando sürətli dövrəsinə sessiyanın son saniyəsində başlaya bilib və gözlənilmədən protokollara başçılıq edərək azarkeşlər tərəfindən alqışlanıb. Rikkardo ilə yanaşı mübarizəni dayandıran sürücülər Stroll, Maqnussen, Verlyayn və Eriksson olublar.
İkinci sessiyada Bottas sarı təkərlərlə trasa çıxıb. Belə görünür ki, finlandiyalı startda beş yer itirəcəyi üçün fərqli taktika seçib. Digər sürücülər isə SuperSoft təkərlərlə boksları tərk ediblər. Həmilton 1:27.893-lük nəticə ilə ən sürətli olub. Palmer, Kvyat, Alonso, Sayns və Massa mübarizəni dayandırıblar.
Son Sessiyada bütün sürücülər SuperSoft-la trasa çıxıblar. Lyuis ilk cəhdində hamını üstələyib – 1:27.231. İkinci cəhdlərdə isə Bottas elə ilk döngədəcə səhvə yol verib və poul uğrunda mübarizə şansını qaçırıb. Lyuis isə fantastik dövrə vuraraq həm trasın yeni rekordunu müəyyən edib, həm də poulun sahibi olub. Bu, britaniyalı sürücünün mövsümdə 6-cı, karyerasında isə 67-ci poulu olub. O, həm də Silverstounda beşinci dəfə sıralanma turunda hamını üstələyərək Cim Klarkın rekordunu təkrarlayıb.
Sabahkı yarışa Lyuisin yanından Rəykkönen başlayacaq. İkinci cərgədən start alacaq sürücülər isə Fettel və Ferstappendir. Onların arxasındakı yerləri isə Peres və Hülkenberq tutublar. Sıralanma turunda dördüncü nəticə göstərən Bottas yarışa 9-cu yerdən başlayacaq.
Britaniya Qran Prisi sabah Bakı vaxtı ilə 16:00-da baş tutacaq. Bizi Formula1-in “doğulduğu” trasda gərgin yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 3 | 1:39.069 | 10 | 1 | 1:27.893 | 8 | 1:26.600 | 7 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 9 | 1:40.455 | 11 | 4 | 1:28.992 | 8 | 1:27.147 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 7 | 1:39.962 | 9 | 3 | 1:28.978 | 8 | 1:27.356 | 7 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 5 | 1:39.698 | 10 | 2 | 1:28.732 | 9 | 1:27.376 | 7 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:38.912 | 8 | 6 | 1:29.431 | 9 | 1:28.130 | 6 |
6 | 27 | Niko Hülkenberq | Renault | 4 | 1:39.201 | 7 | 5 | 1:29.340 | 8 | 1:28.856 | 6 |
7 | 11 | Serxio Peres | Force İndia | 14 | 1:42.009 | 11 | 8 | 1:29.824 | 9 | 1:28.902 | 6 |
8 | 31 | Esteban Okon | Force İndia | 6 | 1:39.738 | 10 | 7 | 1:29.701 | 9 | 1:29.074 | 6 |
9 | 2 | Stoffel Vandorn | McLaren | 8 | 1:40.011 | 10 | 10 | 1:30.105 | 8 | 1:29.418 | 6 |
10 | 8 | Roman Qrojan | Haas | 15 | 1:42.042 | 11 | 9 | 1:29.966 | 9 | 1:29.549 | 6 |
11 | 30 | Colion Palmer | Renault | 11 | 1:41.404 | 10 | 11 | 1:30.193 | 8 | ||
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 12 | 1:41.726 | 10 | 12 | 1:30.355 | 10 | ||
13 | 14 | Fernando Alonso | McLaren | 1 | 1:37.598 | 9 | 13 | 1:30.600 | 8 | ||
14 | 55 | Karlos Sayns | Toro Rosso | 10 | 1:41.114 | 10 | 14 | 1:31.368 | 5 | ||
15 | 19 | Felipe Massa | Williams | 13 | 1:41.874 | 11 | 15 | 1:31.482 | 10 | ||
16 | 18 | Ləns Stroll | Williams | 16 | 1:42.573 | 11 | |||||
17 | 20 | Kevin Maqnussen | Haas | 17 | 1:42.577 | 11 | |||||
18 | 94 | Paskal Verlyayn | Sauber | 18 | 1:42.593 | 10 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:42.633 | 10 | |||||
20 | 3 | Daniel Rikkardo | Red Bull | 20 | 1:42.966 | 4 |