Britaniya-2017: Mətbuat konfranslarının cədvəli

Britaniya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Valtteri Bottas (Mercedes AMG), Roman Qrojan (Haas), Colion Palmer (Renault) və Ləns Stroll (Williams) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Lyuis Həmilton (Mercedes AMG), Daniil Kvyat (Toro Rosso), Daniel Rikkardo (Red Bull) və Paskal Verlyayn (Sauber) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Kristian Horner (Red Bull), Vicey Malya (Force İndia) və Kler Uilyams (Williams), sonra isə Siril Abitebul (Renault), Əndi Kouel (Mercedes AMG) və Conatan Nil (McLaren) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*