F-1.az xəbər verir ki, sürücülər Soft və Silverstouna ilk dəfə gətirilən SuperSoft tərkiblərlə uzun dövrələr vurublar. Mercedes və Toro Rosso istisna olmaqla, digər komandalar Medium təkərlərlə işləməkdən imtina ediblər.
Sessiya səhvlər olmadan ötüşməyib. Sayns 12-ci döngədə idarəetməni itirərək otluğa çıxıb və sessiyanın ilk hissəsini buraxmalı olub. Həmilton və Palmer trasdan çıxıblar. Lyuis komandasına porebriklərin maşınını zədələdiyini bildirib və boksa qayıdıb. Massa və Rəykkönen də səhvə yol verən digər sürücülər olublar, lakin maşınlara ciddi zərər dəyməyib.
Bottas səhər sessiyasında olduğu kimi, bu dəfə də trasın yeni rekordunu müəyyənləşdirərək protokollara başçılıq edib – 1:28.496. Bu nəticə keçənilki poul nəticəsindən bir saniyə sürətlidir. Sabah isə rekordun yenilənəcəyinə heç kim şübhə etmir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:28.496 | – | 31 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:28.543 | + 0:00.047 | 35 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:28.828 | + 0:00.332 | 36 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:28.956 | + 0:00.460 | 36 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.098 | + 0:00.602 | 31 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:29.586 | + 0:01.090 | 35 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:29.936 | + 0:01.440 | 37 |
8 | 19 | Felipe Massa | Williams | 1:30.006 | + 0:01.510 | 36 |
9 | 14 | Fernando Alonso | McLaren | 1:30.238 | + 0:01.742 | 28 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:30.383 | + 0:01.887 | 42 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:30.555 | + 0:02.059 | 26 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:30.562 | + 0:02.066 | 34 |
13 | 11 | Serxio Peres | Force İndia | 1:30.624 | + 0:02.128 | 43 |
14 | 8 | Roman Qrojan | Haas | 1:30.661 | + 0:02.165 | 33 |
15 | 18 | Ləns Stroll | Williams | 1:30.695 | + 0:02.199 | 37 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:30.782 | + 0:02.286 | 31 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:30.835 | + 0:02.339 | 33 |
18 | 30 | Colion Palmer | Renault | 1:30.879 | + 0:02.383 | 25 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:31.616 | + 0:03.120 | 27 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:31.929 | + 0:03.433 | 30 |