Britaniya-2017: Həftəsonuna hava proqnozu

Proqnozlar Silverstounda həftəsonuna yaxşı hava vəd edir. Yağıntı ehtimalı azdır.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü göyün üzü buludlu olacaq, termometrlər maksimum +21 dərəcəni göstərəcəklər. Yağış ehtimalı isə 10% olacaq. Şənbə və bazar günləri də buludlu hava şəraiti davam edəcək, hava isə +24 dərəcəyə qədər qızacaq. Lakin yağıntı ehtimalı daha çoxdur – 20%.

Xatırladaq ki, keçən il burada keçirilən cümə günü məşqləri və sıralanma turu quru havada baş tutmuşdu, üçüncü sərbəst yürüşlərdə və yarış günü isə yağış yağmış, asfalt tədricən qurumuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*