F-1.az xəbər verir ki, Williams komandasının mexanikləri bu dəfə də ən sürətli olublar – özü də rekord nəticə ilə. Onlar Felipe Massanın maşınına cəmi 2.02 saniyə ərzində xidmət ediblər. Yeni təkərlərlə indiyə qədərki rekord isə 2.17 saniyə idi və məhz Williams mexaniklərinə məxsus idi. Xatırladaq ki, tarixin ən sürətli pit-stopunu da Williams komandası ötən il paytaxtımızda yerinə yetirmişdi – 1.92 saniyə. Belə görünür ki, yaxın zamanlarda bu rekord yenilənə bilər.
İlk üçlükdə növbəti yerləri Mercedes mexanikləri tutub. Onları isə Red Bull mexanikləri izləyiblər. Williams-ın Stroll üçün etdiyi pit-stop əməliyyatı yeddinci ən yüksək nəticə hesab olunub. Bu üç komandadan əlavə, Haas da iki nəticə ilə ilk onluğa düşə bilib. Digər iki yeri isə McLaren və Ferrari komandaları tutub…
Komanda | Cəmi | ||||||||||||||||||||
Williams | 40 | 25 | 31 | 20 | 12 | 12 | 25 | 0 | 43 | 31 | 244 | ||||||||||
Mercedes AMG | 26 | 1 | 8 | 20 | 40 | 33 | 30 | 12 | 15 | 33 | 218 | ||||||||||
Red Bull | 6 | 27 | 19 | 25 | 18 | 25 | 8 | 18 | 10 | 22 | 178 | ||||||||||
Ferrari | 11 | 20 | 10 | 1 | 6 | 1 | 16 | 25 | 14 | 1 | 105 | ||||||||||
Force İndia | 6 | 12 | 30 | 4 | 1 | 4 | 17 | 27 | 0 | 0 | 101 | ||||||||||
Toro Rosso | 12 | 10 | 1 | 20 | 20 | 10 | 0 | 1 | 12 | 0 | 86 | ||||||||||
Haas | 0 | 6 | 0 | 0 | 4 | 8 | 0 | 12 | 4 | 10 | 44 | ||||||||||
McLaren | 0 | 0 | 2 | 6 | 0 | 8 | 5 | 6 | 2 | 4 | 33 | ||||||||||
Sauber | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 1 | ||||||||||
Renault | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |