F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, son iki yarışda podiuma yüksəlməməsinə baxmayaraq, bu dəfə də qələbəyə əsas namizəd Lyuis Həmilton göstərilir. Fettelin şansları ondan iki dəfə az qiymətləndirilir. Rəykkönenə isə artıq Red Bull sürücülərindən də az inanırlar…
Avstriya Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.83 |
Sebastyan Fettel | 3.50 |
Valtteri Bottas | 6.00 |
Daniel Rikkardo, Maks Ferstappen | 19.00 |
Kimi Rəykkönen | 34.00 |
Fettelin çempionatda Həmiltonla xal fərqini daha da artıraraq liderliyini möhkəmləndirməsi titulun sahibi barədə proqnozlara da təsirini göstərib – bukmeykerlər artıq Lyuislə Sebastyanın çempionluq şanslarının eyni olduğunu düşünürlər. Son qələbədən sonra Valtteri Bottasa verilən əmsal isə keçən dəfəki ilə müqayisədə 3 dəfə azalıb.
Çempionatda qələbə (sürücülər) | |
Lyuis Həmilton | 2.00 |
Sebastyan Fettel | 2.00 |
Valtteri Bottas | 17.00 |
Daniel Rikkardo | 201.00 |
Kimi Rəykkönen | 501.00 |
Maks Ferstappen | 1001.00 |
Bir çoxları kimi, bukmeykerlər də Mercedes AMG-nin ardıcıl dördüncü dəfə Mühəndislər Kubokunu qazanacağına şübhə etmirlər…
Çempionatda qələbə (komandalar) | |
Mercedes AMG | 1.25 |
Ferrari | 3.75 |
Red Bull | 1001.00 |
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber | 2501.00 |