F-1.az xəbər verir ki, əsas sürücülərdən Maqnussen sessiyada iştirak etməyib – onu bu il Sauber-lə ilk iki yarışda iştirak etmiş Antonio Covinatsi əvəzləyib. Massa Copse döngəsində porebriklərin üzərinə çıxıb və maşını zədələnib, Fettel isə Becketts döngəsində idarəetməni itirərək təhlükəsizlik zonasına çıxıb.
Komandaların əksəriyyəti Silverstouna yeniliklər gətiriblər və ilk sessiya əsasən onların yoxlanılmasına həsr olunub. Mercedes sürücüləri artıq ilk sessiyada keçənilki poul nəticəsini üstələyiblər.
Sessiyanın sonunda Kvyat problemlə üzləşib və boksa qayıdıb. Protokollara Bottas başçılıq edib – 1:29.106. Bu, Silverstoun trasının müasir konfiqurasiyası üçün rekord nəticədir. Ən böyük məsafəni isə Peres qət edib – 33 dövrə. Məşqlər Bakı vaxtı ilə 16:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:29.106 | – | 29 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:29.184 | + 0:00.078 | 29 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.604 | + 0:00.498 | 26 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:29.942 | + 0:00.836 | 19 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:30.137 | + 0:01.031 | 19 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 1:30.517 | + 0:01.411 | 19 |
7 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:30.895 | + 0:01.789 | 21 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:30.993 | + 0:01.887 | 19 |
9 | 19 | Felipe Massa | Williams | 1:30.999 | + 0:01.893 | 26 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:31.041 | + 0:01.935 | 26 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:31.200 | + 0:02.094 | 23 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:31.210 | + 0:02.104 | 32 |
13 | 11 | Serxio Peres | Force İndia | 1:31.297 | + 0:02.191 | 33 |
14 | 8 | Roman Qrojan | Haas | 1:31.610 | + 0:02.504 | 24 |
15 | 18 | Ləns Stroll | Williams | 1:31.684 | + 0:02.578 | 24 |
16 | 50 | Atonio Covinatsi | Haas | 1:32.031 | + 0:02.925 | 24 |
17 | 27 | Niko Hülkenberq | Renault | 1:32.171 | + 0:03.065 | 19 |
18 | 30 | Colion Palmer | Renault | 1:32.450 | + 0:03.344 | 16 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:33.029 | + 0:03.923 | 22 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:33.399 | + 0:04.293 | 26 |