F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, hazırda Silverstounda yağış yağır. Amma yarışın startına qədər yağış dayanmalıdır.
Sürücülər yerli vaxtla saat 13:00-da qızdırma dövrəsinə yollanacaqlar, həmin vaxt termometrlər +20 dərəcəni göstərəcəklər, güclü cənub-qərb küləyi əsəcək. Yarışın gedişində 20% ehtimalla yağış yağa bilər.
Xatırladaq ki, keçən il sürücülər sliklərlə start alsalar da, finişə yaxın başlayan yağış üzündən keçid təkərləri taxmışdılar.