F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 9-cu (Copse), 15-ci (Stowe) və 18-ci (Club) döngələrdə yeni süni ot sahəsi əlavə ediblər.
Əvvəlki illərdə olduğu kimi Wellington və Hangar düzlüklərində ötmə zonaları da qalıb.
Birinci halda maşınlar arasında intervalın ölçülmə nöqtəsi 3-cü (Village) döngəyə 25 metr qalmış, DRS-in aktivasiya nöqtəsi isə 5-ci (Aintree) döngədən 30 metr sonra yerləşir. İkinci DRS zonasının interval ölçülmə nöqtəsi 10-cu (Maggots) döngədə, aktivasiya nöqtəsi isə 14-cü (Chapel) döngədən 55 metr sonra yerləşir.