F-1.az xatırladır ki, Pirelli şirkəti Silverstounda komandalara Hard, Medium və Soft tərkiblərini verəcək. Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, bu qərar optimaldır, çünki komandalar daha çox strateji seçimi olacaq…
Pol Hembri: “Mövsümün gedişində görürük ki, komandalar əllərində olan ən yumşaq tərkibdən daha çox istifadə edərək maksimum aqressiv strategiya seçirlər – eyni yanaşma Silverstounda çoxlu pit-stoplar tələb edəcək.
Keçən il olduğu kimi hava proqnozu ənənəvi dəyişkən hava vəd edir, ona görə də bizi daha bir gözlənilməz yarış gözləyir”.