Cümə axşamı Censon Batton (McLaren), Valtteri Bottas (Williams), Roman Qrojan (Haas), Lyuis Həmilton (Mercedes AMG), Colion Palmer (Renault) və Paskal Verlyayn (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Mauritsio Arrivabene (Ferrari), Erik Bulye (McLaren), Vicey Malya (Force İndia), Deyv Rayan (Manor), Kler Uilyams (Williams) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…