F-1.az xatırladır ki, yarışa 3-cü yerdən start verən Maks təhlükəsizlik maşını trası tərk etdikdən bir qədər sonra Niko Rosberqi keçərək 2-ci yerə yüksəlmişdi. Lakin tras quruduqdan sonra Nikonun hücumlarına məruz qalan Maks yenidən 3-cü yerə düşmüşdü. Buna baxmayaraq, yarış bitdikdən sonra stüardlar tərəfindən araşdırılan Rosberqə 10 saniyəlik cəza gəldiyi üçün yekunda 2-ci yeri tutub.
Hollandiyalı gənc sürücü 4-cü dəfədir ki, “Günün sürücüsü” seçilir. Bu 4 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada və Avstriya Qran Prilərində bu ada layiq görülüb.
Ferstappendən əlavə, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda Serxio Peres, Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres “Günün sürücüsü” seçilmişdilər.
Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.