Bugünkü Xeres testlərində Bridgestone-un yumşaq təkərlərində mühəndislərin təklif etdiyi yeni işarələnmə növü sınaqdan keçirlib. Keçən illərdə daha yumşaq tərkibli təkərlər novçalardan birinin ağ rəngdə zolaqlanması ilə işarə olunurdular, amma Formula1-də artıq novçalar yoxdur, ona görə də bu dəfə yaşıl zolaq təkərin yan hissəsinə vurulub.
Təkər şirkəti belə işarələnmənin trasda görünməsini yoxlayacaq, vizual izlənmədən əlavə video və foto çəkilişlərdən də istifadə olunacaq – zolaq hamıya yadın görünməlidir. Əgər Bridgestone-un bu təklifi özünü doğrultsa, yaxın günlərdə bu barədə rəsmən elan olunacaq.