Bridgestone mövsümün sonuna qədər təkərləri müəyy&

Bridgestone şirkətinin nümayəndələri komandaların mövsümün son dörd yarışında alacaqları təkər tərkiblərini elan ediblər. Yaponiya və Braziliyada komandalar mövsümün “əsas qaydasına […]

Bridgestone şirkətinin nümayəndələri komandaların mövsümün son dörd yarışında alacaqları təkər tərkiblərini elan ediblər. Yaponiya və Braziliyada komandalar mövsümün “əsas qaydasına uyğun” olaraq qonşu tərkibləri almayacaqlar. Sinqapura təkər istehsalçıları Super Soft və Soft, Yaponiyaya Soft və Hard, Braziliyaya Super Soft və Medium tərkiblərini gətirəcəklər, mövsümün sonuncu Abu Dabi yarışında isə sürücülər Soft və Medium tərkiblərində çıxış edəcəklər…

Hirohide Hamaşima: “Keçənilki təcrübəzi nəzərə alaraq, biz hesab edirik ki, iki ən yumşaq tərkib Sinqapur küçə trası üçün yaxşı seçim olacaq, Suzukada isə biz müxtəlif xarakeristikalı tərkiblərdən istifadəyə qayıdacayıq. Bu traixi avtodroma qayıdış maraqlı olacaq, trasın yarısından çoxuna yeni asfalt döşənib və təkər strategiyası komandalar üçün həlledici ola bilər.

San Pauluda isti olacaq, adətən Braziliya mərhələsi maraqlı olur və biz marağı daha da artırmaq üçün hər şeyi edəcəyik. Mövsümün sonuncu yarışı isə hələ heç kimə məlum olmayan Abu Dabi avtodromunda baş tutacaq, buraya biz adətən küçə traslarında istifadə etdiyimiz tərkiblərdən daha bərk cütlüyü gətirəcəyik. Hard tərkibi çox bərk olardı, ona görə də biz komandalara Soft və Medium cütlüyünü təklif edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*