İspan trasının cod asfaltı təkəri ciddi yeyir, ən çox yüklənmələrə isə qabaq sol təkər məruz qalır, ona görə də Bridgestone şirkəti Braselonada komandalara bərk təkər cütlüyünü – Hard və Soft tərkiblərini təqdim edəcək. Uik-end ərəfəsində yarış təkərləri departamentinin direktoru Hirohide Hamaşıma jurnalistlərə avtodromun xüsusiyyətlərindən danışıb…
Hirohide Hamaşıma: “Barselona asflatı orta codluğa malikdir, amma biz yeyilmə riskini azaltmaq və daha çox stabilliyə nail olmaq üçün komandalara bərk təkərlər cütlüyünü təklif edəcəyik. Əsas yüklənmə qabaq sol təkərə olacaq. Komandalar və sürücülər bu uik-end ciddi işləməlidirlər ki, trasda üstünlük qazansınlar.
Komandaların çoxu qış testlərində bu trasda çalışıb. Əlbəttə, yeni maşınlarla iş təcrübəsi imkan verir ki, sazlanmalar qısa müddətə tapılsın, amma havanın temperaturu üzündən müəyyənd üzəlişlərə ehtiyac ola bilər. Nəticələr son yarışlarda sıx olurdu, amma Barselona trası maşının balansının indikatoru hesab olunur – əgər maşın bu trasda sürətli olarsa, deməli, digər traslarda da sürətli olaacq.”