F-1.az xəbər verir ki, şirkətin Avropa bölməsinin rəhbəri Robin Şo bu barədə danışıb: “Biz hazırda vaxtımızı və resurslarımızı Olimpiya oyunlarına sərf edirik, buna görə də mən yaxın gələcəkdə Formula1-ə qayıdacağımızı düşünmürəm. Həm də bizim yüksək keyfiyyətli və dözümlü təkərlərimizin Formula1-i maraqlandırdığını görmürəm. Onlar resursu tez bitən təkərlər tələb edirlər.
Mən Formula1 azarkeşiyəm, lakin çox şadam ki, biz Formula1-ə yox, Olimpiya oyunlarına sərmayə qoyuruq. Biz çalışırıq ki, məhsullarımız keyfiyyətli və uzunömürlü olsun, amma istehlakçı üçün təkərlərin hamısı qara, yumru və rezindir”.