Bridgestone Formula1-də qala bilər

Keçən il Bridgestone şirkəti Formula1-lə müqaviləni uzatmaq hüququndan istifadə etməyərək 2010-cu ilin sonunda çempionatı tərk etməsini bildirdi. FİA çempionatın təkər […]

Keçən il Bridgestone şirkəti Formula1-lə müqaviləni uzatmaq hüququndan istifadə etməyərək 2010-cu ilin sonunda çempionatı tərk etməsini bildirdi. FİA çempionatın təkər təchizatı üzrə bir neçə təklif alsa da, bu vəzifəyə müsabiqənin tarixi və şərtləri hələ elan olunmayıb, lakin mart-aprel aylarından komandalar gələn mövsümün maşınları üzərində işləməyə başlayacaqlar – yeni təkərlərin xüsusiyyətlərini bilmədən bu işi effektiv görmək mümkün deyil.

Mətbuatda Koreyanın KumhoHankook şirkətlərinin, eləcə də Fransanın Michelin şirkətinin çempionata marağının olması barədə yazılar dərc olunmuşdu, amma bu gün məlum olub ki, Bridgestone çempionatda qala bilər. Təkər təchizatçısının dəyişməsi komandaların xərclərini artıracaq, həm də yeni təchizatçı müqavilə imzalamaq üçün öz şərtlərini irəli sürəcək, yaponiyalıların şərtləri isə yalnız iqtisadi faktorlarla əlaqədardır.

İndiyə qədər təkər təchizatı Bridgestone-a 55 milyon Avroya başa gəlirdi, amma 2010-cu ildə uik-endin gedişində istifadə olunacaq təkər dəstlərinin sayı azalıb, bu isə böyük məbləğə qənaət etməyə imkan verəcək. Çox güman ki, gələn ilin reqlamentində daha sərt məhdudiyyətlər olacaq ki, bunun nəticəsində Bridgestone çempionatda qala bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*