F-1.az bildirir ki, şayiələrə görə, Bridgestone 2025-2027 mövsümlərində təkərlərtədarükü üçün FİA-nın elan etdiyi tenderdə iştirak etmək üçün müraciət etməyi planlaşdırır. Bridgestone müvafiq təcrübəyə malikdir və əgər seçim zamanı Pirelli-nin rəqibi varsa, bu, FİA-nın işini xeyli asanlaşdıracaq – federasiya öz şərtlərini diktə edə biləcək.
Rəsmi olaraq Bridgestone-un müraciəti, eləcə də Pirelli-nin müraciəti hələ təsdiqlənməyib – italyan təkər istehsalçıları yalnız öz istəklərini bəyan ediblər və hazırda potensial təchizatçı üçün tələblər olan 50 səhifəlik sənədi öyrənirlər.