Bridgestone F1-ə qayıtmaq istəyir

Dünən tenderin nəticələri açıqlanıb və nəticədə Pirelli 2027-ci ilə qədər Formula1 üçün təkərlərin eksklüziv tədarükçüsü olaraq qalıb.

F-1.az xatırladır ki, tenderin digər iştirakçısı 1997-2010-cu illərdə çempionatı təkərlə təmin edən Yaponiya şirkəti Bridgestone olub.

Tenderin nəticələri elan edildikdən sonra Bridgestone rəsmi bəyanat yayaraq, Pirelli ilə müqavilənin müddəti bitdikdən sonra Formula1-ə qayıtmaq niyyətlərini təsdiqləyiblər.

Bəyanatda deyilir: “Bu il Bridgestone avtoidmanda iştirakının 60 illiyi qeyd edilir. Şirkət güclü qlobal premium yarış seriyalarını dəstəkləməyə davam edir. Formula1 ən prestijli qlobal yarış platformasıdır və Bridgestone öz yarış strategiyasının bir hissəsi kimi seriyada iştirakını bundan sonra da nəzərdən keçirəcək. Şirkət növbəti Formula1 təkər tədarükü dövrü üçün tenderi müzakirə etmək məqsədilə FIA və Formula1 Qrupu ilə həqiqi və davamlı ünsiyyət qurur, qabaqcıl innovativ texnologiyalar və davamlılıq təşəbbüsləri təklif etməyə sadiqdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*