Briatore: Alonso heç vaxt təslim olmur, inanılmaz dərəcədə məqsədyönlüdür

Renault-nun keçmiş rəhbəri Flavio Briatore Fernando Alonsonun 2026-cı ildən sonra karyerasını davam etdirib-etdirməyəcəyi barədə məlumatsızdır.

F-1.az xəbər verir ki, Flavio ispan sürücünün hələ də güclü keyfiyyətlərə malik olduğunu vurğulayıb.

Flavio Briatore: “Mən Fernandonun nə qərara gələcəyini bilmirəm. Əgər siz məndən soruşsanız ki, müqaviləsi başa çatanda Fernando davam etmək istəyəcəkmi, biz hələlik 2026-cı ilin bizim son ilimiz olacağından çıxış edirik. Bundan sonra nə etmək istədiyini bilmirəm. O, daha bir il davam etmək istəyirmi?”

Briatore qeyd edib ki, Alonsonun bütün güclü keyfiyyətləri hələ də onun yanındadır. “Siz özünüz görürsünüz ki, o necə çıxış edir. Spada ona təcrübəsi kömək etdi, o çox ağıllı hərəkət etdi, yarışı bir pit-stopla keçdi. Alonso heç vaxt konsentrasiyanı itirmir, yarış vəziyyətini əla görür. Əgər o 11-ci yerdədirsə, 10-cu olmaq istəyir. 10-cudursa, 9-cu olmaq istəyir. O, maşının rəqabətədavamlı olmasını istəyir. O yaxşı kvalifikasiya keçir, yaxşı yarışır”.

“Mən bilmirəm, o, 2026-cı ildə dayanmaq istəyəcək, ya yox. Bu, onun yarışlara münasibətindən, ailəsinin olub-olmamasından və s. asılı olacaq. Fernando unikal insandır. Mən heç vaxt bu qədər məqsədyönlü və mübarizəyə köklənmiş birini görməmişəm. O, heç vaxt təslim olmur. İnanılmazdır”, – deyə Briatore əlavə edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*