F-1.az xəbər verir ki, bədii film Formula1-ə həsr olunub və komandanın sahibi olmuş, lakin debütant partnyoruna kömək etmək üçün sükan arxasına qayıtmaq qərarına gələn keçmiş sürücünün (Bred Pitt) hekayəsindən bəhs edir.
Lyuis Həmilton məsləhətçi və filmin prodüserlərindən biri kimi çıxış edir. Çəkilişlər Britaniya Qran Prisi çərçivəsində iyul ayında Silverstounda başlanmalıdır.
Daily Mail-in öyrəndiyinə görə, Bred Britaniya Qran Prisi başlamazdan əvvəl pilotların paradı zamanı Formula1 maşınına bənzəyən maşının sükanı arxasında trek ətrafında hərəkət etməyə icazə alıb. Filmdə çəkilmiş kadrlardan istifadə olunacaq.
Nəşr çəkilişlə bağlı danışan mənbəyə istinadla yazır: “Təsəvvür edin ki, Bred Pitt Britaniya Qran Prisində pilotların paradına rəhbərlik edən zaman Silverstoun tribunalarında tamaşaçılar və pərəstişkarlar nə qədər inanılmaz və sürreal görüntüləri görəcəklər”.