Cümə axşamı Niko Rosberq və Lyuis Həmilton (hər ikisi Mercedes AMG), Felipe Massa (Williams), Sebastyan Fettel (Ferrari) və Red Bull-un hər iki sürücüsü Daniel Rikkardo və Maks Ferstappen jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Mauritsio Arrivabene (Ferrari), Pol Hembri (Pirelli Motorsport), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber) və Frederik Vassyör (Renault) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…