Braziliya Qran Prisi: Tras

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir […]

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir çox maraqlı düz uzun yollar var, amma yarışdan sonra sürücülər asfaltın kələ-kötür olmasından və hərəkətin saat əqrəbinin əks istiqamətində olmasından gileylənirlər.

İnterlaqos şəxsi vəsaitlər hesabına tikilib və 1940-cı ildən yarışlar üçün açılıb, amma artıq on ildən sonra bələdiyyənin hakimiyyətinə qatılıb – şəhərin yüzillik yubileyini qeyd edən komitə çox simvolik qiymətə trası əvvəlki sahiblərindən alib. O zaman trası modernləşdirmək cəhdləri edilsə də, real işlər görülmürdü. Yalnız 1972-ci ildə İnterlaqos Formula1 yarışını qəbul etdi, 1990-cı ildən isə bu mərhələ daim təqvimdə yerini aldı.

bra-2

Tarix: 23-25 noyabr 2012-ci il
Tras: İnterlaqos
Dövrənin uzunluğu: 4309 m
Dövrələrin sayı: 71
Ümumi məsafə: 305.909 km

Trası adətən İnterlaqos adlandırırlar, hərçənd, avtodromun rəsmən 1977-ci ildə dünyasını dəyişmiş sürücü Joze Karlos Paçenin adını daşıyır – avtodromun əsas girişində sürücüyə bürünc heykəl də qoyulub. İnterlaqos coğrafi termindir, avtodrom San Paulunu içməli su və elektrik enerjisi ilə təmin edən iki su anbarının arasında yerləşib.

Tras motora qarşı çox tələbkardır və ənənəvi olaraq yavaş ikinci sektorda asfalta ilişmə ilə birinci və üçüncü sektorlarda sürət arasında kompromis axtarmağa məcbur edir. Adətən burada motorlar başqa traslarda olduğu kimi effektiv deyillər – İnterlaqos dəniz səviyyəsindən 750 metr yüksəkdədir, ona görə də mühəndislər bir neçə məchullu tənliklər həll etməli olurlar. Hava da bu yerlərdə ilin bu vaxtında gözlənilməz sürprizlər edə bilər.

bra-3
Mövsüm bu il Braziliyada başa çatacaq, sürücülərin çempionatına da burda yekun vurulacaq – titula iki namizəd var: Sebastyan Fettel və Fernando Alonso, Mühəndislər Kubokunu isə bir həftə əvvəl Ostində üçüncü dəfə ardıcıl olaraq Red Bull komandası qazandı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Braziliya Qran Prisi: Tras

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir […]

Braziliyanın cənub-şərqində San Pauluda yerləşən İnterlaqos avtodromunu adətən yarışdan əvvəl tərifləyib, yarışdan sonra tənqid edirlər. Trasda ötmələr mümkündür, burda bir çox maraqlı düz uzun yollar var, amma yarışdan sonra sürücülər asfaltın kələ-kötür olmasından və hərəkətin saat əqrəbinin əks istiqamətində olmasından gileylənirlər.

İnterlaqos şəxsi vəsaitlər hesabına tikilib və 1940-cı ildən yarışlar üçün açılıb, amma artıq on ildən sonra bələdiyyənin hakimiyyətinə qatılıb – şəhərin yüzillik yubileyini qeyd edən komitə çox simvolik qiymətə trası əvvəlki sahiblərindən alib. O zaman trası modernləşdirmək cəhdləri edilsə də, real işlər görülmürdü. Yalnız 1972-ci ildə İnterlaqos Formula1 yarışını qəbul etdi, 1990-cı ildən isə bu mərhələ daim təqvimdə yerini aldı.

bra-2

Tarix: 25-27 noyabr 2011-ci il
Tras: İnterlaqos
Dövrənin uzunluğu: 4309 m
Dövrələrin sayı: 71
Ümumi məsafə: 305.909 km

Tras motora qarşı çox tələbkardır və ənənəvi olan yavaş ikinci sektorda asfalta ilişmə ilə birinci və üçüncü sektorlarda sürət arasında kompromis axtarmağa məcbur edir. Adətən burada motorlar başqa traslarda olduğu kimi effektiv deyillər – İnterlaqos dəniz səviyyəsindən 750 metr yüksəkdədir, ona görə də mühəndislər bir neçə məchullu tənliklər həll etməli olurlar. Hava da bu yerlərdə ilin bu vaxtında gözlənilməz sürprizlər edə bilər.

bra-3
Mövsüm bu il Btraziliyada başa çatsa da, əvvəlki illərdən fərqli olaraq, artıq titullar sahiblərini tapıb. Sadəcə şəxsi hesabda ikinci yer uğrunda mübarizə gedəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*