F-1.az xəbər verir ki, hələ inşasına başlanılmamış, üçqat dünya çempionu əfsanəvi Ayrton Sennanın adını daşıyacaq tras Deodorodakı köhnə hərbi bazanın ərazisində yerləşəcək.
Jair Bolsonaru, Braziliyanın prezidenti: “Formula1 rəhbərliyi yarışı ölkəmizdə saxlamaq istəyir, lakin San Paulodakı trasın maliyyə problemləri və böyük borcları var. Trasın tikintisi özəl şirkətlər tərəfindən maliyyələşdiriləcək və 6-7 min yeni iş yeri yaranacaq. Bu, Rio de Janeyro və Braziliya üçün çox faydalı olacaq”.
Trasın konfiqurasiyasının Herman Tilke tərəfindən veriləcəyi bildirilir.