San Paulu-2022: Sprint yarışı

Ardıcıl ikinci ildir ki, İnterlaqos sprint yarışlı həftəsonuna şahidlik edir. Bu il də sürprizlər boldur və bunda hava şəraitinin xüsusi rolunu qeyd etmək lazımdır.

F-1.az xatırladır ki, dünən baş tutan ilk sərbəst yürüşlərdə Serxio Peres hamıdan üstün olub. Dəyişkən hava şəraitinin damğa vurduğu sıralanma turunda isə heç kimin gözləmədiyi halda Kevin Maqnussen həm özünə, həm də komandası Haas-a ilk poulunu qazandırıb. Çox əhəmiyyət daşımayan bugünkü məşqlərə isə Esteban Okon liderlik edib.

Start düzümündə Maqnussen və Ferstappen birinci, Rassell və Norris ikinci, Sayns və Okon isə üçüncü cərgədə qərarlaşıblar.

Pirelli buraya orta üçlüyü – Hard, Medium və Soft rolunda C2, C3 və C4 tərkiblərini gətirib. 24 dövrəlik qısa yarış üçün Ferstappen və Latifi Medium təkərləri seçiblər, qalanları isə Soft-larla başlayıb.

Startda Maqnussen yerini qoruya bilib, Sayns Norrisi, Həmilton isə Alonsonu qabaqlayıb. Sonuncu yerdən başlayan Şumaxer 4 pillə irəliləyib. Alonso komanda yoldaşı ilə təmasda ön qanadını itirib və geriləyib. Daha sonra da pit-stop edib. 2-ci dövrədə ilk onluq: Maqnussen – Ferstappen – Rassell – Sayns – Norris – Okon – Həmilton – Peres – Lekler – Qasli.

Üçüncü dövrədə Həmilton Okonu keçib, Ferstappen də Maqnusseni geridə qoyaraq liderliyə yüksəlib. Bir dövrə sonra danimarkalı sürücü Rassell və Saynsdan da geri qalıb. Həmilton növbəti iki dövrədə Norris və Maqnusseni üstələyib. Qasli də Okonla mübarizədən qalib ayrılıb. Norris və Maqnussen 9-cu dövrədə Peres tərəfindən keçiliblər.

10-cu dövrədə Fettel bir neçə cəhddən sonra Strollu keçib. Cəhdlərdən birincisində mövqeyini qoruyan Ləns Sebastyanı trasdan çıxarıb və stüardlardan on saniyəlik cəza alıb. 10-cu dövrədə ilk onluq: Ferstappen – Rassell – Sayns – Həmilton – Peres – Maqnussen – Norris – Lekler – Qasli – Okon.

Rikkardo Stroll, Fettel Okonu ötüb. Rassell 12-ci dövrədən Maksa hücumlar etməyə başlayıb, lakin cari çempion mövqeyini qoruyub. Növbəti dövrədəki cəhdlər də nəticə verməyib. Elbon texniki problemlərə görə yarışı tərk edib, sürücülər bir müddət sarı bayraqlar altında sürməli olublar.

Rikkardo Okonu arxada qoyub, Rassell isə nəhayət, Ferstappeni keçərək yarışa liderlik edib. Lekler də Maqnusseni keçib. Medium təkərlərlə tempi aşağı olan Maks ilə fərqi sürətlə bağlayan Sayns ona çatıb və 19-cu dövrədə onu keçib. İkilinin arasındakı təmas niderlandlı sürücünün ön qanadının qırılması ilə nəticələnib.

Bir qədər sonra Həmilton da Maksı keçib. Norrisə uduzan Maqnussen daha bir pillə geri düşüb. 20-ci dövrədə ilk onluq: Rassell – Sayns – Həmilton – Ferstappen – Peres – Lekler – Norris – Maqnussen – Qasli – Fettel.

Fettel Qaslini üstələyib. Tsunoda Okonu, bir qədər sonra isə Alonso hər ikisini geridə qoyub.

Corc Rassell karyerasında ilk dəfə sprint yarışda qalib gəlib və sabahkı yarışa ən öndən başlayacaq. İkinci yeri tutan Karlos Sayns startda 5 yer itirəcəyi üçün ilk cərgəni Mercedes sürücüləri zəbt edəcək. Təbii ki, start prosedurunu pozduğu deyilən Lyuis Həmiltona cəza gəlməzsə.

Sabah bizi möhtəşəm yarış gözləyir.

Yer N Sürücü Komanda Zaman/Fərq Xal
1 63 Corc Rassell Mercedes 8
2 55 Karlos Sayns Ferrari + 0:03.995 7
3 44 Lyuis Həmilton Mercedes + 0:04.492 6
4 1 Maks Ferstappen Red Bull + 0:10.494 5
5 11 Serxio Peres Red Bull + 0:11.855 4
6 16 Şarl Lekler Ferrari + 0:13.133 3
7 4 Lando Norris McLaren + 0:25.624 2
8 20 Kevin Maqnussen Haas + 0:28.768 1
9 5 Sebastyan Fettel Aston Martin + 0:30.218
10 10 Pyer Qasli AlphaTauri + 0:34.170
11 3 Daniel Rikkardo McLaren + 0:39.395
12 47 Mik Şumaxer Haas + 0:41.159
13 24 Quanyu Çjou Alfa Romeo + 0:41.763
14 77 Valtteri Bottas Alfa Romeo + 0:42.338
15 14 Fernando Alonso Alpine + 0:48.985
16 22 Yuki Tsunoda AlphaTauri + 0:50.306
17 18 Ləns Stroll * Aston Martin + 0:50.700
18 31 Esteban Okon Alpine + 0:51.756
19 6 Nikolas Latifi Williams + 1:16.850

 

* – Fettellə ilə insidentə görə Strollun nəticəsinə 10 saniyə əlavə edilib.

Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:14.233 (4-cü dövrə, 193.310 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Aleksander Elbon Williams 13 texniki problem

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 421
2 11 Serxio Peres Red Bull Racing 284
3 16 Şarl Lekler Scuderia Ferrari 278
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 239
5 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 222
6 55 Karlos Sayns Scuderia Ferrari 219
7 4 Lando Norris McLaren Racing 113
8 31 Esteban Okon Alpine F1 Team 82
9 14 Fernando Alonso Alpine F1 Team 71
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 47
11 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 36
12 3 Daniel Rikkardo McLaren Racing 35
13 20 Kevin Maqnussen Haas F1 Team 25
14 10 Pyer Qasli Scuderia AlphaTauri 23
15 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 13
16 47 Mik Şumaxer Haas F1 Team 12
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 12
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 6
19 23 Aleksander Elbon Williams Racing 4
20 6 Nikolas Latifi Williams Racing 2
21 34 Nik de Vriz Williams Racing 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 705
2 Scuderia Ferrari Ferrari 497
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 461
4 Alpine F1 Team Renault 153
5 McLaren F1 Team Mercedes 148
6 Alfa Romeo F1 Team ORLEN Ferrari 53
7 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 49
8 Haas F1 Team Ferrari 37
9 Scuderia AlphaTauri Red Bull 35
10  Williams Racing Mercedes 8
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*