F-1.az xatırladır ki, bugünkü yeganə məşqlərin ən sürətlidi Serxio Peres olub.
Startda 1 saat qalmış, trasın üzərini buludlar örtüb və yağış başlayıb. Tezliklə dayansa da, tras təsnifat mərhələsi başlayanda müəyyən qədər nəm olub.
İlk sessiyada hamı keçid təkərləri ilə trasa çıxıb. Sürücülər ardıcıl dövrələr vurub, tras getdikcə qurumağa başlayıb. İlk sliklərə keçən sürücü Qasli olub, digərləri də onun ardınca eyni addımı atıblar. Trasın vəziyyəti düzəldikcə, ən yaxşı nəticələr bir-birini əvəzləyib, lakin Norris keçilməz olub – 1:13.106. Şumaxer, Tsunoda, Bottas, Çjou və Latifi mübarizəni dayandırıb.
İkinci Sessiyada isə hamı Soft təkərlərlə boksu tərk edib. Yenə ardıcıl dövrələr vurulub və ilk cəhdlərin lideri Ferstappen olub. Yağış yağmağa başlasa da, sürücülər quru təkərlərlə çıxışlarını davam etdiriblər. Maksın ikinci cəhdi çox əla olub və Ferrari sürücüləri ona cüzi uduzublar – 1:10.881. Stroll, Rikkardo, Fettel, Qasli və Elbon üçün sıralanma turu başa çatıb.
Son sessiyada hamı Soft, Lekler isə keçid təkərlərlə trasa çıxıb. Lakin monakolu sürücü tezliklə sliklərə keçib. Rassell 4-cü döngədə səhvə yol verib və maşın çınqıllığa ilişib qalıb, nəticədə sessiya qırmızı bayraqla dayandırılıb. Bu ana qədər ən yaxşı nəticə Kevin Maqnussendə olub – 1:11.674. Yağış arzulayan Haas-ən istəkləri gerçəkləşib və yaranmış fasilədə yağış güclənib. Yaşıl bayraqlar yellənəndən sonra Peres trasa çıxıb, lakin nəticəni yaxşılaşdırmağın mümkün olmadığını görərək geri qayıdıb. Sonlara yaxın isə Həmilton eyni addımı atıb.
Beləliklə, Kevin Maqnussen həm mövsümdə, həm karyerasında, həm də komandası HAAS-ın tarixində ilk poulu qazanıb. Danimarkalı sürücü sabahkı yarışa ən ön cərgədən, Maks Ferstappenin yanından başlayacaq. Bazar günü baş tutacaq əsas yarışın start düzülüşünə isə sabahkı sprint yarışında aydınlıq gələcək.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 20 | Kevin Maqnussen | Haas | 7 | 1:13.954 | 13 | 7 | 1:11.410 | 10 | 1:11.674 | 3 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 6 | 1:13.625 | 11 | 1 | 1:10.881 | 9 | 1:11.877 | 3 |
3 | 63 | Corc Rassell | Mercedes | 11 | 1:14.427 | 11 | 4 | 1:11.318 | 10 | 1:12.059 | 3 |
4 | 4 | Lando Norris | McLaren | 1 | 1:13.106 | 13 | 5 | 1:11.377 | 9 | 1:12.263 | 3 |
5 | 55 | Karlos Sayns | Ferrari | 14 | 1:14.680 | 12 | 2 | 1:10.890 | 9 | 1:12.357 | 3 |
6 | 31 | Esteban Okon | Alpine | 13 | 1:14.663 | 10 | 10 | 1:11.587 | 9 | 1:12.425 | 3 |
7 | 14 | Fernando Alonso | Alpine | 3 | 1:13.542 | 9 | 6 | 1:11.394 | 9 | 1:12.504 | 3 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 2 | 1:13.403 | 11 | 9 | 1:11.539 | 10 | 1:12.611 | 4 |
9 | 11 | Serxio Peres | Red Bull | 5 | 1:13.613 | 12 | 8 | 1:11.456 | 10 | 1:15.601 | 4 |
10 | 16 | Şarl Lekler | Ferrari | 12 | 1:14.486 | 12 | 3 | 1:10.950 | 10 | – | 3 |
11 | 23 | Aleksander Elbon | Williams | 8 | 1:14.324 | 13 | 11 | 1:11.631 | 8 | ||
12 | 10 | Pyer Qasli | AlphaTauri | 9 | 1:14.371 | 13 | 12 | 1:11.675 | 11 | ||
13 | 5 | Sebastyan Fettel | Aston Martin | 4 | 1:13.597 | 12 | 13 | 1:11.678 | 11 | ||
14 | 3 | Daniel Rikkardo | McLaren | 15 | 1:14.931 | 12 | 14 | 1:12.140 | 9 | ||
15 | 18 | Ləns Stroll | Aston Martin | 10 | 1:14.398 | 13 | 15 | 1:12.210 | 11 | ||
16 | 6 | Nikolas Latifi | Williams | 16 | 1:15.095 | 13 | |||||
17 | 24 | Quanyu Çjou | Alfa Romeo | 17 | 1:15.197 | 12 | |||||
18 | 77 | Valtteri Bottas | Alfa Romeo | 18 | 1:15.486 | 13 | |||||
19 | 22 | Yuki Tsunoda | AlphaTauri | 19 | 1:16.264 | 12 | |||||
20 | 47 | Mik Şumaxer | Haas | 20 | 1:16.361 | 12 |