F-1.az bildirir ki, ilkin proqnozlar yağıntı vəd etsə də, hava aydın olub. Günəş asfaltı qızdırıb, sürücülər həm sprint, həm də bazar günü baş tutacaq əsas yarışa hazırlaşıblar.
Bir çox komandalar proqramı sürücülər arasında bölüb – 1 saat ərzində mümkün qədər çox məlumat toplamaq üçün müxtəlif tərkiblərlə maksimum məsafə qət etməyə çalışıblar.
Sessiya sakit keçib. Yalnız Latifi 12-ci dövrədə otluğa çıxıb, lakin yoluna davam edib. Protokollara isə Esteban Okon başçılıq edib – 1:14.604. Bizi çox maraqlı sprint yarışı gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 31 | Esteban Okon | Alpine | 1:14.604 | – | 27 |
2 | 11 | Serxio Peres | Red Bull | 1:14.788 | + 0:00.184 | 36 |
3 | 63 | Corc Rassell | Mercedes | 1:14.916 | + 0:00.312 | 31 |
4 | 14 | Fernando Alonso | Alpine | 1:15.049 | + 0:00.445 | 29 |
5 | 1 | Maks Ferstappen | Red Bull | 1:15.098 | + 0:00.494 | 30 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 1:15.137 | + 0:00.533 | 32 |
7 | 10 | Pyer Qasli | AlphaTauri | 1:15.636 | + 0:01.032 | 32 |
8 | 47 | Mik Şumaxer | Haas | 1:15.684 | + 0:01.080 | 40 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:15.815 | + 0:01.211 | 38 |
10 | 4 | Lando Norris | McLaren | 1:15.851 | + 0:01.247 | 24 |
11 | 55 | Karlos Sayns | Ferrari | 1:15.856 | + 0:01.252 | 38 |
12 | 12 | Yuki Tsunoda | AlphaTauri | 1:15.865 | + 0:01.261 | 32 |
13 | 16 | Şarl Lekler | Ferrari | 1:15.868 | + 0:01.264 | 36 |
14 | 3 | Daniel Rikkardo | McLaren | 1:15.994 | + 0:01.390 | 28 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:16.047 | + 0:01.443 | 34 |
16 | 6 | Nikolas Latifi | Williams | 1:16.181 | + 0:01.577 | 34 |
17 | 18 | Ləns Stroll | Aston Martin | 1:16.263 | + 0:01.659 | 43 |
18 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:16.400 | + 0:01.796 | 44 |
19 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:16.468 | + 0:01.864 | 36 |
20 | 45 | Loqan Sarcent | Williams | 1:16.480 | + 0:01.876 | 28 |