F-1.az bildirir ki, asfalt tozlu və sürüşkən olub, sürücülər tədricən sürətlərini artıraraq Medium və Hard təkərlərlə aerodinamikanı yoxlayıblar. Daha sonra isə Soft təkərlərə keçərək aşınmanı test ediblər.
Sessiya ərzində trasın bir hissəsində qısa müddətli yağış yağıb, lakin bu asfaltın temperaturunu aşağı salsa da, sürücülərə mane olmayıb. Demək olar ki, ciddi insident baş verməyib. Rəykkönen və Ferstappen trasdan çıxsalar da, geri qayıda biliblər, Qasli isə sərt blokaja yol verib.
Qısa trasda nəticələr də bir-birinə yaxın olub. Lakin ən sürətli nəticəni Lyuis Həmilton göstərib – 1:09.050. Bizi çox maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:09.050 | – | 31 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:09.417 | + 0:00.367 | 22 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:09.492 | + 0:00.442 | 28 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:09.567 | + 0:00.517 | 30 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 1:09.880 | + 0:00.830 | 32 |
6 | 55 | Karlos Sayns | Ferrari | 1:10.124 | + 0:01.074 | 31 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:10.142 | + 0:01.092 | 32 |
8 | 31 | Esteban Okon | Alpine | 1:10.145 | + 0:01.095 | 27 |
9 | 14 | Fernando Alonso | Alpine | 1:10.201 | + 0:01.151 | 26 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 1:10.352 | + 0:01.302 | 27 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:10.374 | + 0:01.324 | 33 |
12 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:10.413 | + 0:01.363 | 28 |
13 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:10.443 | + 0:01.393 | 31 |
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:10.587 | + 0:01.537 | 31 |
15 | 4 | Lando Norris | McLaren | 1:10.610 | + 0:01.560 | 27 |
16 | 47 | Mik Şumaxer | Haas | 1:10.885 | + 0:01.835 | 27 |
17 | 6 | Nikolas Latifi | Williams | 1:10.902 | + 0:01.852 | 23 |
18 | 63 | Corc Rassell | Williams | 1:10.938 | + 0:01.888 | 24 |
19 | 3 | Daniel Rikkardo | McLaren | 1:10.990 | + 0:01.940 | 25 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:11.342 | + 0:02.292 | 28 |