Keçən əsrin 80-90-cı illərin sərhədində Pirro Benetton və Scuderia İtalia komandalarında çıxış edib, ən yaxşı nəticəsi isə 1989-cu ilin Avstraliya Qran Prisində 5-ci yer olub.
Emanuele daha çox Le Man marafonundakı nailiyyətləri ilə tanınır. Audi komandasının heyətində italiyalı sürücü 5 dəfə (2000-2002-ci illər və 2006-2007-ci illər) əfsanəvi marafonun qalibi olub. Daha iki dəfə ALMS seriyasında (2001-ci və 2005-ci illər) titul qazanıb.
F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Pirro ilə birlikdə həftəsonunun mübahisəli insidentlərini Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellot araşdıracaqlar.