Cümə axşamı konfrans otağına beş sürücü – Markus Eriksson (Sauber), Brendon Hartli (Toro Rosso), Kevin Maqnussen (Haas), Ləns Stroll (Williams) və Stoffel Vandorn (McLaren) dəvət olunub.
Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Nik Çester (Renault), Cok Klia (Ferrari), Conatan Eddols (Toro Rosso), Ayo Komatsu (Haas) və Rob Smedli (Williams) jurnalistlərin suallarını cavablandıracaqlar.
F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…