F-1.az xəbər verir ki, sessiyanın əvvəlində sürücülər trasa Medium təkərlərlə çıxıblar. Kevin Maqnussen yoxlama dövrəsindən sonra maşını mexaniklərə verib və 15 dəqiqə gözləməli olub.
Sessiyanın 10-cu dəqiqəsində Ləns Strollun Williams-ında ötürmələr qutusu sıradan çıxıb. Maşının təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Kanadalı bir daha trasa qayıtmayıb.
Fersappen sessiyanın son dəqiqələrində yerində fırlanıb, trasdan çıxıb, amma baryerlərə çırpılmadan qurtula bilib.
Soyuq asfaltda Mercedes və Ferrari sürücüləri çox sıx nəticələr göstəriblər – bu dördlük 0.058 saniyəyə yerləşib. Red Bull sürücülərinin təkərlərin qızıdırılması ilə bağlı problemləri üzə çıxıb. Protokollara isə Valtteri Bottas trasın yeni mütləq rekordu ilə başçılıq edib – 1:09.281.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:09.281 | – | 24 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:09.284 | + 0:00.003 | 26 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:09.326 | + 0:00.045 | 20 |
4 | 5 | Sebasytan Fettel | Ferrari | 1:09.339 | + 0:00.058 | 21 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:10.244 | + 0:00.963 | 14 |
6 | 14 | Fernando Alonso | McLaren | 1:10.288 | + 0:01.007 | 15 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:10.322 | + 0:01.041 | 21 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:10.357 | + 0:01.076 | 23 |
9 | 33 | Maks Ferstappen | Red Bull | 1:10.495 | + 0:01.214 | 9 |
10 | 55 | Karlos Sayns | Renault | 1:10.599 | + 0:01.318 | 23 |
11 | 2 | Stoffel Vandorn | McLaren | 1:10.637 | + 0:01.356 | 21 |
12 | 19 | Felipe Massa | Williams | 1:10.671 | + 0:01.390 | 14 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:10.721 | + 0:01.440 | 19 |
14 | 27 | Niko Hülkenberq | Renault | 1:10.743 | + 0:01.462 | 18 |
15 | 8 | Roman Qrojan | Haas | 1:10.762 | + 0:01.481 | 20 |
16 | 10 | Pyer Qasli | Toro Rosso | 1:10.981 | + 0:01.700 | 32 |
17 | 28 | Brendon Hartli | Toro Rosso | 1:11.085 | + 0:01.804 | 30 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:11.126 | + 0:01.845 | 25 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:11.480 | + 0:02.199 | 27 |
20 | 18 | Ləns Stroll | Williams | – | – | 1 |