Braziliya-2017: İkinci sərbəst yürüşlər

İnterlaqosda hava çox dəyişkəndir - dünənki proqnozlara görə bu gün nahardan sonra yağış ehtimalı 100% idi. Hətta komandalar öz proqramlarında bunu nəzərə alaraq dəyişikliklər etmişdilər. Lakin ikinci sessiya da quru asfaltda baş tutub.

F-1.az xəbər verir ki, Haas komandası yağış ehtimalına görə qərarını dəyişərək ilk sessiyada əsas sürücüləri ilə çıxış etmişdi. Lakin ikinci sessiyada Maqnusseni Antonio Covinatsi əvəzləyib.

Sessiyanın əvvəlində asfaltın istiliyi 50 dərəcəyə çatıb, güclü külək komandaların işinə mane olub. Səhərki məşqlərdə Soft və SuperSoft tərkibləri arasında fərq böyük deyildi, sürücülər onların səmərəliliyini yoxlamaq üçün ardıcıl dövrələr vurublar. İkinci sessiyada Medium təkərlərdən ümumiyyətlə istifadə olunmayıb.

Startdan 4o dəqiqə sonra Erikssonun maşını trasdan çıxaraq yerində fırlanıb və bariyerlərə toxunub. Sürücü maşını boksa çatdıra bilib və daha trasa qayıtmayıb. Alonso problemlərə görə sessiyanın ilk hissəsini buraxmalı olub, lakin sonra trasa çıxa bilib.

Sona 20 dəqiqə qalmış yağış damcılamağa başlayıb, lakin sürücülər sliklərlə işləməyə davam ediblər. Həmilton  səhərki nəticəni təkrarlaya bilməsə də, yenə hamıdan sürətli olub – 1:09.515. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:09.515 42
2 77 Valtteri Bottas Mercedes AMG 1:09.563 + 0:00.048 45
3 3 Daniel Rikkardo Red Bull 1:09.743 + 0:00.228 37
4 5 Sebastyan Fettel Ferrari 1:09.875 + 0:00.360 48
5 33 Maks Ferstappen Red Bull 1:09.886 + 0:00.371 38
6 7 Kimi Rəykkönen Ferrari 1:10.117 + 0:00.602 45
7 31 Esteban Okon Force İndia 1:10.306 + 0:00.791 49
8 19 Felipe Massa Williams 1:10.373 + 0:00.858 42
9 27 Niko Hülkenberq Renault 1:10.396 + 0:00.881 39
10 14 Fernando Alonso McLaren 1:10.655 + 0:01.140 31
11 55 Karlos Sayns Renault 1:10.685 + 0:01.170 42
12 11 Serxio Peres Force İndia 1:10.695 + 0:01.180 43
13 2 Stoffel Vandorn McLaren 1:10.902 + 0:01.387 38
14 18 Ləns Stroll Williams 1:11.064 + 0:01.549 44
15 8 Roman Qrojan Haas 1:11.300 + 0:01.785 39
16 10 Pyer Qasli Toro Rosso 1:11.422 + 0:01.907 44
17 28 Brendon Hartli Toro Rosso 1:11.821 + 0:02.306 54
18 94 Paskal Verlyayn Sauber 1:11.857 + 0:02.342 43
19 9 Markus Eriksson Sauber 1:11.989 + 0:02.474 17
20 50 Antonio Covinatsi Haas 1:12.417 + 0:02.902 37
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*