F-1.az xəbər verir ki, Braziliya Qran Prisinə pit yolundan başlayan, yarışın sonuna qədər ötmələr edərək yekunda dördüncü yeri tutan Lyuis Həmilton mövsümdə üçüncü dəfə “Günün Sürücüsü” seçilib. O, daha əvvəl Belçika və Sinqapurdakı yarışlarda ən çox səs toplamışdı.
Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |
Kanada Qran Prisi | Sebastyan Fettel |
Azərbaycan Qran Prisi | Ləns Stroll |
Avstriya Qran Prisi | Valtteri Bottas |
Britaniya Qran Prisi | Daniel Rikkardo |
Macarıstan Qran Prisi | Kimi Rəykkönen |
Belçika Qran Prisi | Lyuis Həmilton |
İtaliya Qran Prisi | Daniel Rikkardo |
Sinqapur Qran Prisi | Lyuis Həmilton |
Malayziya Qran Prisi | Sebastyan Fettel |
Yaponiya Qran Prisi | Maks Ferstappen |
ABŞ Qran Prisi | Maks Ferstappen |
Meksika Qran Prisi | Sebastyan Fettel |
Braziliya Qran Prisi | Lyuis Həmilton |