Braziliya-2017: Birinci sərbəst yürüşlər

İlk məşqlərdə iki komanda gənc sürücülərə yer verib - Force İndia-da Serxio Peresi əvəz edən GP3 çempionu Corc Rassel rəsmi Formula1 sessiyasında debüt edib, Sauber isə Şarl Leklerə Paskal Verlyaynın əvəzinə çıxış etmək imkanı verib.

F-1.az bildirir ki, Lekler sessiyanın əvvəlində Halo sistemi quraşdırılmış maşınla trasa çıxıb. Komandaların əksəriyyəti 2018-ci il üçün nəzərdə tutulmuş aerodinamik yenilikləri yoxlamaqla məşğul olub, daha sonra isə növbəti sessiyada yağış ehtimalı olduğu üçün uzun dövrələr vurmağa üstünlük verilib.

17-ci dəqiqədə Hartlinin maşını tüstülənib və yolda dayanıb. Təxliyə üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Brendon üçün sessiya daha tez başa çatıb. Bir neçə dövrə sonra komanda yoldaşı Qasli də MGU-H problemi ilə qaşrılaşıb və ilk məşqlər Toro Rosso üçün uğursuz alınıb.

Mercedes sürücüləri hamıdan güclü olublar – artıq ilk sessiyada trasın mütləq rekordu Həmilton tərəfindən yenilənib – 1:09.202. İkinci sessiya Bakı vaxtı ilə 20:00-da başlayacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:09.202 36
2 77 Valtteri Bottas Mercedes AMG 1:09.329 + 0:00.127 43
3 7 Kimi Rəykkönen Ferrari 1:09.744 + 0:00.542 32
4 33 Maks Ferstappen Red Bull 1:09.750 + 0:00.548 31
5 3 Daniel Rikkardo Red Bull 1:09.828 + 0:00.626 38
6 5 Sebastyan Fettel Ferrari 1:09.984 + 0:00.782 32
7 19 Felipe Massa Williams 1:10.102 + 0:00.900 28
8 2 Stoffel Vandorn McLaren 1:10.402 + 0:01.200 26
9 31 Esteban Okon Force İndia 1:10.454 + 0:01.252 36
10 14 Fernando Alonso McLaren 1:10.476 + 0:01.274 24
11 18 Ləns Stroll Williams 1:10.632 + 0:01.430 42
12 35 Corc Rassel Force İndia 1:11.047 + 0:01.845 29
13 8 Roman Qrojan Haas 1:11.188 + 0:01.986 29
14 20 Kevin Maqnussen Haas 1:11.463 + 0:02.261 30
15 55 Karlos Sayns Renault 1:11.467 + 0:02.265 32
16 27 Niko Hülkenberq Renault 1:11.608 + 0:02.406 35
17 37 Şarl Lekler Sauber 1:11.802 + 0:02.600 32
18 9 Markus Eriksson Sauber 1:11.898 + 0:02.696 28
19 10 Pyer Qasli Toro Rosso 1:14.034 + 0:04.832 5
20 28 Brendon Hartli Toro Rosso 2
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*