Braziliya-2016: Üçüncü stüard – Mika Salo

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

Braziliya Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Salo Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayerə və FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şettiyə kömək edəcək.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*