F-1.az bildirir ki, sürücülər ilk dövrələrinə yağış təkərləri ilə çıxıblar. Asfalt bir qədər nəm olub, bəzi yerlərdə kiçik gölməçələr olub. Bir neçə dəqiqədən sonra Həmilton sliklərə keçib. Növbəti dövrədə digər sürücülər də eyni addımı atıblar. Sessiyanın 16-cı dəqiqəsində asfaltın üzərinə düşən çətirə görə sarı bayraqlar dalğalanıb.
McLaren boksunda mühəndislər Alonsonun maşınının üzərində işləməyə davam ediblər. Dünən Fernandonun maşınına Ostində istifadə etdiyi səkkizinci mühərrik qoyulmuşdu. Onun sürət qutusunda problem yaşanıb. Komanda onun sürət qutusunu dəyişərək cərimə almasını istəmədiyindən, ölçmə cihazını yeniləyib. Fernandodan başqa, Kvyat və Nasr da müxtəlif səbəblərdən sessiyanın ilk hissəsində işləyə bilməyiblər. Eriksson isə bir dövrə vurduqdan sonra boksa qayıtmalı olub.
Sürücülər sessiyanın ikinci hissəsinə – asfalt quruduqda fəal işləməyə başlayıblar. Nəticələr cümə gününün nəticələri ilə eyni olub. Protokollara Rosberq başçılıq edib – 1:11.790. Həmilton ona cüzi fərqlə uduzub. Ferrari sürücüləri isə növbəti yerləri tutublar. Belə görünür ki, havanın sərinləşməsi Ferrari sürücülərinin xeyrinədir.
Sıralanma turunda yağış yağacağı proqnozlaşdırılır və bizi gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:11.740 | – | 19 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:11.833 | + 0:00.093 | 21 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:11.959 | + 0:00.219 | 14 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:12.027 | + 0:00.287 | 16 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.077 | + 0:00.337 | 19 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:12.287 | + 0:00.547 | 21 |
7 | 77 | Valtteri Bottas | Williams | 1:12.614 | + 0:00.874 | 27 |
8 | 30 | Colion Palmer19 | Felipe Massa | 1:12.968 | + 0:01.228 | 19 |
9 | 19 | Felipe Massa | Williams | 1:12.990 | + 0:01.250 | 26 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:13.002 | + 0:01.262 | 12 |
11 | 27 | Niko Hülkenberq | Force İndia | 1:13.203 | + 0:01.463 | 14 |
12 | 11 | Serxio Peres | Force İndia | 1:13.231 | + 0:01.491 | 19 |
13 | 20 | Kevin Maqnussen | Renault | 1:13.255 | + 0:01.515 | 15 |
14 | 55 | Karlos Sayns | Toro Rosso | 1:13.293 | + 0:01.553 | 20 |
15 | 8 | Roman Qrojan | Haas | 1:13.344 | + 0:01.604 | 15 |
16 | 21 | Esteban Qutyerres | Haas | 1:13.596 | + 0:01.856 | 16 |
17 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:13.609 | + 0:01.869 | 13 |
18 | 22 | Censon Batton | McLaren | 1:13.750 | + 0:02.010 | 9 |
19 | 94 | Paskal Verlyayn | Manor | 1:13.972 | + 0:02.232 | 20 |
20 | 12 | Felipe Nasr | Sauber | 1:13.992 | + 0:02.252 | 14 |
21 | 31 | Esteban Okon | Manor | 1:14.222 | + 0:02.482 | 21 |
22 | 9 | Markus Eriksson | Sauber | – | – | 1 |