F-1.az xatırladır ki, cümə günü hər iki sessiyada protokollara Həmilton başçılıq etsə də, şənbə günü keçirilən üçüncü sessiyanın qalibi Rosberq olmuşdu. Havanın soyuması isə ən çox Ferrari sürücülərinin xeyrinə olub – Fettel və Rəykkönen üçüncü məşqlərdə yalnız Mercedes AMG sürücülərindən geri qalıblar.
İnterlaqosda rəqibini ötmək o qədər də asan deyil və poul böyük əhəmiyyət daşıyır. Nəzərə alaq ki, buradakı son üç yarışda pouldan başlayan sürücü qalib gəlib. Son iki ilin qalibi isə, hazırda çempionatda 19 xal fərqlə lider olan Niko Rosberq olub.
Pirelli keçən il İnterlaqosa Medium və Soft tərkibləri gətirmişdi. Bu il tərkiblərə Hard da əlavə olunub, lakin Hard təkərlər sürücülər tərəfindən çox az sifariş edilib. Burada Soft təkərlərlə Medium təkərlər arasındakı fərq bir dövrədə bir saniyədən daha artıqdır.
Sıralanma turundan əvvəl Fettelin maşınında hidravlik sızma aşkar edilib. Mexaniklər problemin aradan qaldırılması üçün çalışıblar. Sessiyanın başlamasına qədər tamamlamaq mümkün olmasa da, startdan bir-neçə dəqiqə sonra alman sürücü trasa çıxa bilib.
Birinci sessiyada bütün sürücülər Soft təkərlərlə trasa çıxıblar. Həmilton ilk cəhdindən sonra protokollara başçılıq edib – 1:11.511. Bu nəticə britaniyalıya sessiyanı birinci yerdə başa vurmaq üçün kifayət edib. Top-komandaların sürücüləri ikinci cəhdlərinə çıxmayıblar, yerdə qalan sürücülər isə trasa qayıdıblar. Manor və Sauber sürücüləri ilə yanaşı, Batton və Maqnussen mübarizəni dayandırıblar. Batton radioda texniki problemdən şikayət edib.
İkinci sessiyaya da bütün sürücülər Soft təkərlərlə çıxıblar. Həmiltonun nəticəsi 1:11.238 olub və yenə də hamını üstələyib. Rosberq ondan cüzi fərqlə geri qalıb. Mercedes AMG, Red Bull və Ferrari sürücüləri ilə yanaşı, Palmer də sessiya ərzində trasa qayıtmayıblar. Williams və Toro Rosso sürücüləri, o cümlədən, Qutyerres və Palmer mübarizəni dayandırıblar. Alonso bir daha McLaren-i son sessiyaya daşıya bilib.
Sonuncu sessiyada Həmiltonun ilk cəhdində nəticəsi 1:10.860 olub və Rosberqi 0.162 saniyə qabaqlayıb. Onlardan arxada isə Red Bull və Ferrari sürücüləri arasında gərgin mübarizə gedib – üçüncü və altıncı yerdəki sürücülər arasındakı fərq 0.13 saniyə olub. Mercedes AMG sürücülərinin hər ikisi son cəhdlərində nəticələrini yaxşılaşdırıblar, lakin Həmilton komanda yoldaşını 0.102 saniyə üstələyə bilib.
Lyuis Həmilton karyerasında 60-cı, cari mövsümdə isə 11-ci poulunu rəsmiləşdirib. Mercedes AMG sürücüləri yarışa ilk sıradan başlayacaqlar. Sonrakı yerləri isə müvafiq olaraq, Rəykkönen, Ferstappen, Fettel və Rikkardo tutublar. Roman Qrojan yeddinci olaraq komandasına bu il sıralanma turundakı ən yaxşı nəticəni qazandırıb. Düzdür, fransız sürücü Suzukadakı yarışa da yeddinci yerdən başlamışdı, lakin buna səbəb rəqiblərinin aldığı cərimələr olmuşdu.
Sabah bizi olduqca maraqlı mübarizə gözləyir və titulun taleyi həll oluna bilər…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:11.511 | 3 | 1 | 1:11.238 | 3 | 1:10.736 | 6 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 2 | 1:11.815 | 3 | 2 | 1:11.373 | 3 | 1:10.838 | 6 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 4 | 1:12.100 | 5 | 6 | 1:12.301 | 4 | 1:11.404 | 6 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:11.957 | 3 | 3 | 1:11.834 | 3 | 1:11.485 | 6 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 5 | 1:12.159 | 4 | 4 | 1:12.010 | 3 | 1:11.495 | 6 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 6 | 1:12.409 | 3 | 5 | 1:12.047 | 3 | 1:11.540 | 6 |
7 | 8 | Roman Qrojan | Haas | 12 | 1:12.893 | 10 | 9 | 1:12.343 | 5 | 1:11.937 | 3 |
8 | 27 | Niko Hülkenberq | Force İndia | 7 | 1:12.428 | 8 | 10 | 1:12.360 | 6 | 1:12.104 | 6 |
9 | 11 | Serxio Peres | Force İndia | 10 | 1:12.684 | 8 | 8 | 1:12.331 | 7 | 1:12.165 | 6 |
10 | 14 | Fernando Alonso | McLaren | 11 | 1:12.700 | 5 | 7 | 1:12.312 | 6 | 1:12.266 | 6 |
11 | 77 | Valtteri Bottas | Williams | 9 | 1:12.680 | 5 | 11 | 1:12.420 | 5 | ||
12 | 21 | Esteban Qutyerres | Haas | 14 | 1:13.052 | 11 | 12 | 1:12.431 | 3 | ||
13 | 19 | Felipe Massa | Williams | 8 | 1:12.432 | 4 | 13 | 1:12.521 | 7 | ||
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 15 | 1:13.071 | 9 | 14 | 1:12.726 | 6 | ||
15 | 55 | Karlos Sayns | Toro Rosso | 13 | 1:12.950 | 9 | 15 | 1:12.920 | 6 | ||
16 | 30 | Colion Palmer | Renault | 16 | 1:13.259 | 5 | 16 | 1:13.258 | 6 | ||
17 | 22 | Censon Batton | McLaren | 17 | 1:13.276 | 10 | |||||
18 | 20 | Kevin Maqnussen | Renault | 18 | 1:13.410 | 6 | |||||
19 | 94 | Paskal Verlyayn | Manor | 19 | 1:13.427 | 8 | |||||
20 | 31 | Esteban Okon | Manor | 20 | 1:13.432 | 8 | |||||
21 | 9 | Markus Eriksson | Sauber | 21 | 1:13.623 | 8 | |||||
22 | 12 | Felipe Nasr | Sauber | 22 | 1:13.681 | 8 |