F-1.az xatırladır ki, Pirelli İnterlaqosa ən bərk təkər üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirəcək, sonuncu dəfə bu üçlük Yaponiyada istifadə olunmuşdu…
Pol Hembri: “2013-cü ildən sonra ilk dəfə Braziliyaya Hard gətirəcəyik – yüksək yüklənmə altında bu tərkib effektiv olmalıdır.
Keçənilki yarış zamanı sürücülər 3 dəfə pit-stop etmişdilər, amma bu il sürətlər və asfaltayatma qüvvəsi artdığı üçün bərk üçlüyün seçilməsi daha məntiqli idi – ona görə də müxtəlif taktiki gedişlər gözləyirik.
Hard tərkibin böyük resursu ilə Soft tərkibin sürəti arasındakı optimal balans taktika seçimində həlledici rol oynayacaq. Daha bir həlledici faktor isə gözlənilməz hava ola bilər”.