F-1.az xatırladır ki, proqnozlarda şənbə və bazar günlərinin sərin və yağışlı keçəcəyi bildirilmişdi. Komandalar ikinci sessiyada yarış simulyasiyasına üstünlük veriblər. Renault səhər seansında Kevin Maqnussenin güc qurğusunda yaranan problemi aradan qaldırıb və danimarkalı sürücü sessiyanın əvvəlindən trasa çıxıb. Boksda ən çox ləngiyən Həmilton olub – britaniyalı startdan 15 dəqiqə sonra məşqlərə başlayıb.
Eriksson yerində fırlanıb və təkər dəstini korlayıb. Rəykkönen isə gözlənilmədən Saynsın qarşısında manevr edərək pitə yollanıb. Stüardlar bu manevri sessiyadan sonra araşdıracaqlar. Sessiyanın 54-cü dəqiqəsində Fernando Alonsonun maşınında ERS problemi yaşanıb və mühəndislər ondan maşını saxlamasını istəyiblər. Fernando marşallara maşının kənara çəkilməsində kömək edib və sonra isə FOM-un operatorunun stulunda kameranın qarşısında əyləşib.
Kimi Rəykkönen və Censon Batton mexaniki problemlərə görə sessiyanı vaxtından əvvəl dayandırmalı olublar. Səhər olduğu kimi, yenə də protokollara Həmilton başçılıq edib – 1.12.271. O, komanda yoldaşını çox cüzi fərqlə üstələyib. Məşqlər şənbə günü davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:12.271 | – | 41 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:12.301 | + 0:00.030 | 40 |
3 | 77 | Valtteri Bottas | Williams | 1:12.761 | + 0:00.490 | 47 |
4 | 19 | Felipe Massa | Williams | 1:12.789 | + 0:00.518 | 43 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:12.828 | + 0:00.557 | 43 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.928 | + 0:00.657 | 45 |
7 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.002 | + 0:00.731 | 45 |
8 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:13.047 | + 0:00.776 | 24 |
9 | 27 | Niko Hülkenberq | Force İndia | 1:13.299 | + 0:01.028 | 42 |
10 | 22 | Censon Batton | McLaren | 1:13.440 | + 0:01.169 | 19 |
11 | 14 | Fernando Alonso | McLaren | 1:13.572 | + 0:01.301 | 18 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:13.689 | + 0:01.418 | 46 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | 1:13.801 | + 0:01.530 | 47 |
14 | 11 | Serxio Peres | Force İndia | 1:13.918 | + 0:01.647 | 38 |
15 | 8 | Roman Qrojan | Haas | 1:14.074 | + 0:01.803 | 35 |
16 | 20 | Kevin Maqnussen | Renault | 1:14.109 | + 0:01.838 | 47 |
17 | 12 | Felipe Nasr | Sauber | 1:14.309 | + 0:02.038 | 40 |
18 | 31 | Esteban Okon | Manor | 1:14.317 | + 0:02.046 | 46 |
19 | 30 | Colion Palmer | Renault | 1:14.436 | + 0:02.165 | 43 |
20 | 21 | Esteban Qutyerres | Haas | 1:14.558 | + 0:02.287 | 42 |
21 | 9 | Markus Eriksson | Sauber | 1:14.695 | + 0:02.424 | 21 |
22 | 94 | Paskal Verlyayn | Manor | 1:14.958 | + 0:02.687 | 22 |