F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, çərşənbə axşamı San Pauluda hava isti olub – temperatur +30 dərəcəyə çatıb. Hava cümə günü də isti olacaq və +28 dərəcəyə qədər qızacaq. Şənbə günündən etibarən havanın kəskin soyuyacağı, şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Həftəsonu yağışın yağma ehtimalı 80% qiymətləndirilir.